Neftçala icra başçısının 280 minlik borc qalmaqalı

30-06-2014, 10:50   
Neftçala icra başçısının 280 minlik borc qalmaqalıNeftçala rayon rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə bağlı ilginc informasiya yayılıb. Rayondakı etibarlı mənbədən cumhuriyyet.az-a ötürülən məlumata görə icra başçısının ötən ay verdiyi tapşırığına əsasən dövlət büdcəsindən rayon sakini Xandəmirov Böyükağa Sarı oğlunun şəxsi bank hesabına 280.000 min manat pul köçürülüb. Keçirliən maliyyə əməliyatına dair sənədlərin sürəti də redaksiyamıza təqdim olunub.
Maraqlıdır ki, sözügedən informasiyanın mənbəyi Neftçala rəsmilərinin rəsmiyyətə uzlaşmayan bu maliyyə əməliyyatının səbəbini qəribə arqumentlə əsaslandırıb. Bildirilr ki rayon icra başçısı İsmayıl Vəliyev Neftçalanın abadlaşdırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitdən əlavə müxtəlif mənbələrdən də xeyli pul toplamalı olub. Məqsəd Prezidentin səfəri ərəfəsində abadlaşdırma işlərini daha da sürətliəndirmək, şəhərdə ümumi mənzərəsini dəyişməyə nail olmaqdı. İcra başçının bütün səyləri istənilən nəticəni verməsə də borcu geri qaytarmaq zərurəti ortaya çıxıb. Mümkündür ki, belə riskli maliyyə əməliyyatları da məhz bu "zərurət”dən doğub. Daha aydın təbirlə desək, görülən işlər üçün yığlan borcu qaytarmaq məqsədi ilə həyata keçirilib.

P.S. Sözsüz ki, bu informasiyanın nə qədər dəqiq olduğuna aydınlıq gətirmək rayon icra hakimiyyəti səlahiyətlilərinin imkanları daxilindədir. Biz isə informasiya saytı olaraq təqdim ediləcək bütün arayışları dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.