Masallıda məmurların villa qalmaqalı böyüdü- VİDEO

3-07-2014, 14:14   
Masallıda məmurların villa qalmaqalı böyüdüBelə ki,dünən yayımladığımız Masallı məmurlarının dəbdəbəli villaları ilə bağlı məsələyə aydınlıq gətirmək üçün sujetdə adı çəkilən məmurlarla telefon bağlantısı yaratdıq. İlk olaraq Masallı İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun aqrar məsələlər üzrə müavini Nəsir Muxtarlıyla əlaqə saxladıq.Nəsir Muxtarlı zəngimizə qısa və konkret cavab verdi.O,bildirdi ki “bu mənim şəxsi işimdir və mənim şəxsi məsələlərimə qarışmağa heç kimə icazə vermirəm”.Lakin bununla kifayətlənməyən Nəsir Muxtarlı əməkdaşlarımızı təhqir etməkdən belə çəkinmədi. “Siz kişi deyilsiniz? Eviniz yoxdur? Gedin işinizlə məşgul olun” deyərək dəstəyi yerə qoydu... Obyektivliyi qoruyaraq məsələyə munasibət bildirmək üçün rayon icra hakimiyyətinin başçısı Rafil Huseynovla da əlaqə yaratdıq.O,qeyd etdi ki, “Mən bu işlərə baxmıram.Gedin hüquq -mühafizə orqanlarına müraciət edin”. Maraqlıdır,görəsən ölkə başçısı məmurların özbaşınalığı ilə bağlı xəbərdarlıq verərkən Nəsir Muxtarlının başı hansı önəmli məsələyə qarışıb ki,həmin xəbərdarlıqdan bixəbər olub.Qeyd edək ki,ölkə başçısı öz xəbərdarlığında bildirirdi ki, “Başda mən olmaqla bütün vəzifə sahibləri bu xalqın vəkilidir.”Lakin görünür ki,Nəsir Muxtarlı üçün bu qanun keçərli olmayıb.Ölkə başçısını belə dinləməyən bu şəxs özünü şah,xalqı isə nökər olaraq görür,onun üçündə öz bildiyini etməkdə davam edir. Xatırladaq ki,bir müddət bundan öncə gündəmdən düşməyən Nurçuluq qalmaqalında Nəsir Muxtarlının da adı hallanmışdı...Hər halda cənab Nəsir Muxtarlı biz öz işimizlə məşğuluq...Kimin öz işi ilə məşğul olub,olmadığını xalq daha yaxşı görür.

[media=http://www.youtube.com/watch?feature=player_embedded&v=dSdHNM3RQdA]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.