Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hafiz Babalı “Abzas Media” əməkdaşlarına qarşı cinayət işi üzrə saxlanılıb (YENİLƏNİB)

14-12-2023, 08:27   


Jurnalist Hafiz Babalı “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı cinayət işi çərçivəsində saxlanılıb, bu barədə Turan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı  İbrahim Əmiraslanlı bildirib.

Yada salaq ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları dekabrın 13-də “Turan” agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Babalı saxlayıblar.

Bunun ardınca  jurnalistin mənzilində axtarış aparılıb, kompüteri, mobil telefonu və sənədləri götürülüb.

Babalı korrupsiya ilə bağlı jurnalist araşdırmaları ilə tanınır.

Noyabrın 20-dən sonrakı dövrdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı və müxbir Nərgiz Absalamova saxlanılıb. Onlar “xarici valyuta qaçaqmalçılığı” maddəsi ilə ittiham olunurlar. -06V-

* * *

Araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb

Bakı/13.12.23/Turan: Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı saxlanılıb.

Onun yaxınları bildiriblər ki, dekabrın 13-də günün ikinci yarısında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları jurnalistin Sumqayıtdakı mənzilində axtarış aparıb, sonra onu özləri ilə aparıblar.

Hafiz Babalı bundan öncə də Abzas Media İnternet- nəşrinin işi üzrə şahid qismində istintaqa çağırılıb. Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.-


Bakı/13.12.23/Turan: 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar