Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ-ın müvəqqəti işlər vəkili Tofiq Yaqublunun qızı ilə görüşüb

22-12-2023, 08:26   


Dekabrın 21-də ABŞ-ın müvəqqəti işlər üzrə vəkil Hüqo Gevara Tofiq Yaqublunun son həbsi ilə bağlı onun qızı Nigar Həzi ilə görüşüb.

Bu barədə ABŞ səfirliyi X Platformasında məlumat yayıb.

“Birləşmiş Ştatlar fundamental azadlıqlarından istifadə edənlərin son həbslərindən dərin narahatlığını ifadə edir və onların dərhal azad edilməsinə çağırır”, məlumatda deyilir.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.-


Bakı/21.12.23/Turan: 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar