“Abxaziya və Sxinvali regionunu özünə möhkəm bağlamaq, Qarabağda gərginliyi dəstəkləmək, Gürcüstanda daxili siyasi situasiyanı qarışdırmaq Putinin əsas planlarındadır”.
Bu sözləri Axar.az-az açıqlamasında eks-prezident Mixail Saakaşvilinin Gürcüstan Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Ramin Bayramov söyləyib.
O, Rusiyanın Cənubi Qafqazda nəzarəti yenidən qaytarmaq niyyətində olduğunu bildirib:
“Siyasət mümkün olanların sənətidir, amma Putinin hazırda bu tip mümkünlüklərinin sayı azdır. Əslində, Putinin planı növbəti mərhələdə bu cür görünür: Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya kimi separat regionların köməyi ilə Azərbaycan və Mərkəzi Asiyanın Avropaya yolunu bağlamaq. Bax, bu, Putinin siyasətidir. Abxaziya və Sxinvali regionunu özünə möhkəm bağlamaq, Qarabağda gərginliyi dəstəkləmək, Gürcüstanda daxili siyasi situasiyanı qarışdırmaq onun əsas planlarındandır. Anneksiya faktının özü konteksdən təcrid olunmuş vəziyyətdə həlledici əhəmiyyət daşımır. Əslində isə kontekst işğal olunmuş əraziləri özünə bağlayıb Abxaziya, Sxinvali və Dağıstan yolunu açaraq, Cənubi Qafqaza nəzarəti yenidən qaytarmaqdan ibarətdir”.