Türkiyənin Egey dənizi sularında gərgin anlar yaşanıb.Axar.az xəbər verir ki, Yunan Sahil Təhlükəsizlik gəmisi Türkiyə sularına daxil olub. Türkiyəyə məxsus qayığa yaxınlaşan yunan gəmisi gözləmədiyi durumla qarşılaşıb. Belə ki, qayığa yaxınlaşan yunan gəmisinin qarşısına bir anda Türkiyəyə məxsus sualtı qayıq çıxıb.Yunan əsgərləri qayıqdakı balıqçıların geri çəkilməsini istəyib. Bu anda su üzərinə çıxan sualtı qayıqdakı Türkiyə əsgərləri yunan gəmisinin beynəlxalq sulara geri çəkilməsini tələb edib. Bundan sonra Yunan Sahil Təhlükəsizlik gəmisi Türkiyə daxili sularını tərk edib.