Putin Ukrayna işğalına haqq qazandırdı

18-11-2014, 01:32   



Rusiya Prezidenti Vladimir Putin Krımın birləşdirilməsində Rusiya ordusuna göstəriş verdiyini, Ukrayna ordusuna isə təzyiq edərək qan tökülməsinin qarşısını aldığını deyib.

Axar.az xəbər verir ki, Almaniyanın ARD telekanalına danışan Putin Qərb ölkələrini Soyuq Müharibə dövrünü xatırladan hərəkətlər etməkdə günahlandırıb:

“Ukraynanın xilasının tək yolu federasiya quruluşunun yaradılmasıdır. Rusiya ordusu Krıma müdaxilə edərkən beynəlxalq cəmiyyətdən gizli heç bir iş görməyib. Bizim silahlı qüvvələrimiz Krımda hücuma hazırlaşan Ukrayna ordusunun qarşısını kəsdi. Bu, insanlara və onların övladlarına gələcəklərini təmin etmək üçün verilən bir şans idi. Bu, töküləcək qanın qarşısını almaq üçün atılan addım idi”.

Rusiyanın beynəlxalq hüququ pozduğu ilə bağlı iddiaları rədd edən Rusiya prezidenti Krımı Kosovo ilə ilə müqayisə edib:

“Vəziyyət tamamilə eynidir. Kosovoda da xalq özü öz müstəqilliyini elan etmişdi. Krımda da belə oldu. Mən Rusiyanın hər hansı bir beynəlxalq hüququ pozduğuna inanmıram. Kosovo müstəqilliyini parlament qərarı ilə elan etdisə, Krım da yarımada sakinlərinin səsverməsi ilə Rusiya bayrağı altına keçdi”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.