İlham Əliyev: "O, təkbaşına 10-dan çox işğalçını məhv edib"

18-11-2014, 10:38   
İlham Əliyev: "O, təkbaşına 10-dan çox işğalçını məhv edib"

"Azərbaycanda bütün tarixi məscidlər bərpa olunub, son illər ərzində yüzlərlə yeniləri tikilib. Ancaq ürək ağrımız odur ki, işğal edilmiş ərazilərdə, Dağlıq Qarabağda, Şuşada məscidlər dağıdılıb. İnternetdə fotoşəkillər də var. Erməni işğalçı qüvvələri, həmçinin Ağdam məscidini və bir çox digər məscidləri dağıdıblar".
bunu “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edən prezident İlham Əliyev deyib.

Dövlət Başçısı Bakıda isə erməni kilsəsini bərpa edildiyini və onun şəhərin mərkəzində olduğunu qeyd edib. Onun sözlərinə görə, buna hamı baxa bilər. "Bax, bu, kimin hansı niyyətlərlə yaşadığını göstərir. Sizin müzakirə etdiyiniz mövzunun nəticəsi bax, elə budur - tolerantlıq. Hətta müharibə şəraitində bəşəri və dini normaları pozmaq olmaz. Təəssüf ki, biz bununla qarşılaşırıq. Dağıdılmış məscidlərimiz vandalizmin sübutudur. Digər hallarda da ümumbəşəri davranış və mənəviyyat normaları elə bu cür pozulub. Bir neçə il əvvəl bizim bir qəhrəman şəhid olub. O, təkbaşına 10-dan çox işğalçını məhv edib. Özü də həlak olub. Aşkar ölümə gedib. Onun cəsədini bir neçə ay qaytarmırdılar. Təsəvvür edirsiniz, bir neçə ay! Heç bir dində belə vəhşilik yoxdur. O, qəhrəmandır, öz torpağını müdafiə edirdi, öz torpağında həlak oldu. O, yad yerdə həlak olmayıb. Bax, belə epizodlar, əlbəttə ki, Qafqazdakı vəziyyəti ağırlaşdırır".

O, bildirib ki, Azərbaycan Qafqazda minilliklər boyu yaşayanlar, yeni köçənlərdən fərqli olaraq, ənənələrimizi qoruyur və qoruyaca. "Biz xalqlarımızın həyatını daha da yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.