Nemtsov: “Kaş Putin də Yeltsin kimi içərdi...”

18-11-2014, 10:57   
Nemtsov: “Kaş Putin də Yeltsin kimi içərdi...”

“90-cı illərdə Berlində olarkən mən Prezident Yeltsinə görə utanırdım”.

Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Boris Nemtsov söyləyib.

O, Putinin apardığı siyasətin utancverici olduğunu qeyd edərək, Putinin səfil olduğunu bildirib:

“90-cı illərdə Almaniyadan rus qoşunlarının çıxarılması zamanı mən Prezident Yeltsinlə birlikdə Berlində olarkən onun hərəkətlərinə görə xəcalət çəkirdim. Çünki o zaman Yeltsin olduqca sərxoş idi və Berlin Simfonik Orkestrinə dirijorluq etməyə başladı. Tam rüsvayçılıq idi. Hamı şokdaydı. Həm ruslar, həm almanlar, ümumiyyətlə, hamı... O an prezidentə, həmçinin, Rusiyaya görə utanırdım. Lakin sonra Yeltsinin yanına getdim və belə bir hərəkətin düzgün olmadığını dedim. Bu, həm ölkəmizin vətəndaşları, həm nümayəndə heyəti, həm də hərbçilər üçün utancvericidir. O əsəbiləşdi, lakin sözümə qulaq asdı. Lakin Putinin Avstraliyadakı hərəkəti başqadır. Putin içki içmir və dirijorluq etmir. Hər şey daha betərdir. Putin səfildir və Çin, Cənubi Afrika və hindlilərdən başqa heç kim onunla ciddi iş görmək istəmir. Lakin bundan da betəri odur ki, heç kim Putinin apardığı siyasətin utancverici olduğunu demir. Putin özündən və apardığı siyasətdən razıdır. Kaş o da Yeltsin kimi içərdi”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.