Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İcra başçısına qarşı ŞOK İTTİHAMLAR - Suraxanıda hektarlarla torpaq sahəsi necə və kimlər tərəfindən ələ keçirilərək, satılıb… - II HİSSƏ

4-08-2019, 06:16   

 



Bakı şəhər sakini, Hövsan qəsəbəsi, Çöllük küçəsi, ev 45 ünvanında yaşayan Rzayev Rəşid Əbil oğlu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 12 ünvanında yaşayan Babayev Vaqif Zaman oğlu və Hövsan qəsəbəsi, Kolxoz küçəsi, ev 28 ünvanında yaşayan Rzayev Hacı Murad Ağabala oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçilər yazırlar:

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/icra_bascisina_qarsi_ok_ittihamlar_-_suraxanida_hektarlarla_torpaq_sahesi_nece_ve_kimler_terefinden_ele_kecirilerek_satilibhellip)

Göründüyü kimi, Suraxanı rayon İcra Hakimiyyəti (RİH) yardımçı təsərrüfatların söküntüsünun ƏMDK tərəfindən aparıldığını bildirsə də, sonuncu həmin işlərin onlar tərəfindən deyil, Nəqliyyat Nazirliyi və Bakı ŞİH tərəfindən aparıldığını qeyd etmişdir. Hər iki dövlət qurumunun mövqeyi cinayət işi başlanmasının rədd edilməsi barədə 30.04.2013-cü il tarixli qərarda olduğu kimi göstərilsə də, məhkəmə qərarında qeyd edilmiş göstərişlərin həllinə xidmət etməmiş, yəni həmin arayışlar söküntünün hansı əsaslarla aparılmasına, söküntü materiallarının və avadanlıqların hara daşınmasına və harada saxlanılmasına aydınlıq gətirmədiyi, əksinə əlavə ziddiyyətli məqamlar ortaya çıxardığı halda nəticədə cinayət işi başlanmasının rəd edilməsi barədə qərarın əsaslarından biri kimi çıxış etmişdir.

Qeyd olunanlardan görünür ki, həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən hallar kimi qiymətləndirilərək həm məhkəmə, həm də Bakı şəhər Prokurorluğu tərəfindən əvvəlki qərarların ləğv edilməsində əsas olmuş hallar rayon prokurorunun köməkçisi A.Cəfərov tərəfindən əlavə yoxlama aparılarkən tam və hərtərəfli araşdırılmamışdır. Məsələn, iki dövlət orqanının məktubunda söküntünün Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun ətrafının abadlaşdırılması məqsədi ilə aparıldığı bildirilsə də, söküntü işlərinin aparılması üçün mövcud olan qanuni əsas tələb edilərək yoxlama materialına əlavə edilməmiş, şikayətçilərdən onlara məxsus olduqlarını bildirdikləri avadanlıqların adları və çeşidləri barədə ətraflı izahatlar alınmamış, söküntü işlərinin Nəqliyyat Nazirliyi və Bakı ŞİH tərəfindən aparılıb-aparılmaması yoxlanılmamış, söküntüdən sonra avadanlıqların hara aparıldığı və saxlandığı yer müəyyən edilməmişdir”.

Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 02.03.2018-ci il tarixli 6(103)-29/2018 saylı qərarında deyilir: “Suraxanı rayon prokurorluğu tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilən ərazidə yerləşmiş tikililərin nə vaxt, hansı əsasla və kimlər tərəfindən sökülməsi, bu zaman orada yerləşmiş əmlak və avadanlıqların haraya aparılması və hazırda harada saxlanması, hazırkı vəziyyətinin araşdırılması haqqında göstərişlərinə əməl olunmamışdır.

Suraxanı rayon prokurorluğu tərəfindən 133-c-12 nömrəli material üzrə qəbul olunmuş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27.05.2012-ci il tarixli qərarın 2-ci səhifəsinin 8-ci abzasında bildirilir ki, vətəndaş Rzayev Rəşid Əbil oğlunun, Babayev Vaqif Zaman oğlunun və Rzayev Hacımurad Ağamalı oğlunun yardımçı təsərrüfatlarının Suraxanı RİHB-nın göstərişi ilə sökülməsi barədə müraciətləri üzrə araşdırma zamanı həmin söküntünün DƏK tərəfindən aparıldığı müəyyən edilmişdir.

Suraxanı rayon prokurorluğu tərəfindən saymazyanalıq göstərilərək Suraxanı rayon məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Bakı şəhər prokurorluğunun yuxarıda göstərilən qanuni qüvvəyə minmiş qərarlarının icrası məcburi olan göstərişlərinin heç birinə məhəl qoyulmur. Bu günə qədər Suraxanı RİHB İlqar Abbasovun, Suraxanı RİHB-nın 1-ci müavini Hüseyn Həsənovun, Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifəli şəxsi Fəraim Mirzəyevin izahatları alınmamış, əmlakımız axtarılmamış, əmlakımızın yığıldığı anbarların yerləri müəyən edilməmiş, əmlakımızın hazırkı vəziyyəti aydınlaşdırılmamış, günahkar şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunmamış, pozulmuş hüquqlarımız bərpa olunmamış, bizə vurulmuş madi ziyanın əvəzi ödənilməmişdir.

Həmçinin biz şikayətçilər şikayətimizdə məlum söküntünün Suraxanı RİHB İlqar Abbasovun birbaşa göstərişi ilə Suraxanı RİHB-nın 1-ci müavini Hüseyn Həsənovun rəhbərliyi altında bir dəstə adam tərəfindən aparıldığını göstərmiş, söküntüdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə, başqa aidiyyatı qurumlara mətbuat orqanlarına şikayətlərimizdən sonra, 08.08.2008-ci il tarixdə Suraxanı RİHB İlqar Abbasov biz şikayətçilər Rəşid Rzayevi və Vaqif Babayevi Suraxanı RİH-nə dəvət etmiş və müavinləri, Suraxanı rayonunun digər rəhbər vəzifəli şəxsləri ilə bizi qəbul etmiş, bizə ziyan vurulduğunu etiraf edib. O, baş verənlərə görə bizdən üzr istədi, bizə vurulmuş ziyanın kompensasiya olunacağı barədə dövlət başçısı cənab İlham Əliyevin qarşısında vəsatət qaldıracağını, başqa yerdə bizim üçün təsərrüfatlar təşkil edəcəyini vəd etmiş, söküntü vaxtı fəaliyyət göstərdiyimiz təsərrüfatlardan apardıqları və özlərinə məxsus yerlərdə saxladıqları bir çox əşya və avadanlıqlarımızın, böyük qabaritli su çənlərimizin bizə qaytaracağına dair tapşırıqlar vermiş, vədinə əməl edəcəyi barədə and içmiş və bizdən şikayətlərimizi saxlamağı xahiş etmişdir. Lakin verdiyi sözə və vədinə əməl etməmişdir. Suraxanı RİHB İlqar Abbasovun və onun 1-ci müavini Hüseyn Həsənovunv izahatlarının alınması haqqında əsaslandırılmış vəsatətimizə prokurorluq tərəfindən nəinki baxılmamış, heç bir münasibət bildirilməmişdir.

133-c-12 saylı yoxlama materialı əsasında “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27.05.2012-ci il tarixli və 20.11.2012-ci il tarixli qərarlar çıxarmış Suraxanı rayon prokurorunun böyük köməkçisi İbrahim İsmayılzadə biz şikayətçilər Rəşid Rzayevin, Vaqif Babayevin və Hacı Murad Rzayevin sulına cavab olaraq bildirdi: kimin hünəri var ki, Suraxanı RİHB İlqar Abbasovdan izahat alsın?

Suraxanı RİHB-nın Hövsan qəsəbə icra nümayəndəsi Ağasəlim Əliyev izahatında göstərmişdir ki, İlqar Abbasov söküntüdə iştirak etməmişdir. Sual olunur ki, görəsən Ağasəlim Əliyev İlqar Abbasovun səlahiyyətli nümayəndəsi olmuşdur ki, onun əvəzinə danışır? Mobil Süleymanov və Ağasəlim Əliyev izahatlarında onların vəzifələrinin söküntü yerində təsərrüfat rəhbərlərini DƏK-nin söküntünü aparan vəzifəli şəxsləri ilə görüşdürməkdən ibarət olduğunu bildirdikləri halda, onların hansı əsasla və kimin göstərişi əsasında söküntü yerində olduğu barədə izahatları alınmamışdır.

Məlum söküntünün heç bir qanuni əsas olmadan açıq-aşkar aparıldığı, heç bir müvafiq sənəd tərtib edilmədən söküntü yerindən götürülmüş dövlətə və şikayətçilərə məxsus əşya-əmlakın soyğunçuluqla talan edilməsi təkzibolunmaz faktlardır.

AR Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə görə özgə əmlakını açıq talama soyğunçuluqdur.

“Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun3 mart 2005-ci il tarixli 1 saylı Qərarının 3-cü bəndinə görə, AR CM-nin 180-ci maddəsi (soyğunçuluq)ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması təqsirkar mülkiyyətçnin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq, təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar onun əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər.

Suraxanı rayon prokurorluğu tərəfindən şikayətimizin Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun başçılığı altında Hövsan Bələdiyyəsinin mülkiyyətinə verilməli olan, dövlətə məxsus olan torpaq sahələrini, kommunikasiyaların, o cümlədən yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zolağında olan torpaq sahələrini yazılmamış əsaslarla qara bazar qaydaları ilə qeyri-rəsmi formada satıb mənimsəmələri, hüquqmüəyyənedici sənədi olmayan torpaq sahələrində tikintiyə, o cümlədən qeyri-yaşayış sahələrinə qeyri-qanuni icazə sərəncamları vermələri, sənədsiz torpaq sahələrində qanunsuz, özbaşına fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin tikintisinə qeyri rəsmi icazələr verməsi və başqa qanunsuz əməlləri haqqında hissəsi üzrə heç bir araşdırma aparılmır və heç bir münasibət bildirilmir.

Şikayətimizə qanunauyğun baxılmasını, pozulmuş hüquqlarımızın bərpa olunmasını, bizə vurulmuş maddi ziyanın ödənilməsini və günahkar şəxslərin barələrində qanuna müvafiq tədbir görülməsini xahiş edirik”.

Hazırladı: İ.SABİRQIZI

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar