Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hüseynbala Mirələmovla Əbülfəs Qarayevin Panamada şərikli şirkətləri üzə çıxdı - SƏNƏD

30-12-2019, 08:34   


Hüseynbala Mirələmovla Əbülfəs Qarayevin Panamada şərikli şirkətləri üzə çıxdı - SƏNƏD

29-12-2019 15:17 / Bu xəbər 201 dəfə oxundu

Yeni Azərbaycan Partiyasının (YAP) 75 yaşlı deputatlığa namizədi Hüseynbala Mirələmovun nazirlə offşor şirkəti üzə çıxıb.
 
Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, H.Mirələmov 16 ildir Panamada offşor şirkət idarə edir.  

Onun direktoru və xəzinədarı (ispanca tesorero - şirkətin gəlir və xərclərinə nəzarət edən şəxs) olduğu RİMBA S.A. 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. 

Şirkət tipi anonim cəmiyyətdir, statusu aktivdir (vigente), yəni hazırda fəaliyyətdədir.

Şirkətin digər direktoru mədəniyyət naziri Əbülfəz Qarayevdir. 

2018-ci ildən isə Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun da adı direktorlar şurasına daxil edilib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar