Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məşğulluq xdiməti yoxsa korrupsiya ocağı – Prezidentə şikayət

26-07-2019, 12:01   
 

Biləsuvar rayon Ovçubərə sakinləri Hüseyn Süleymanov və İsmayıl İsmayılov ölkə başçısı İlham Əliyevə müraciət edib. Biləsuvar sakinləri iddia edir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rayonun məşğulluq xidmətinin direktoru vəzifəsinə korrupsiyaya bulaşmış şəxsi təyin edib. Söhbət Mübariz Mustafayevdən gedir. O əvvəllər də bu vəzifədə çalışıb. Lakin işindəki nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Sakinlər bildirir ki, Sahil Babayevin Mübariz Mustafayevi yenidən direktor vəzifəsinə təyin etməsi ona olan inamın itməsinə səbəb olub. “Sahil Babayev prezidentin ona olan etimadından sui-istifadə edərək adı korrupsiyada hallanan şəxsi yenidən yüksək vəzifəyə təyin etməklə büdcənin talanmasına rəvac verir”, - deyə sakinlər əlavə edib.
Onların sözlərinə görə, Mübariz Mustafayev və baş məsləhətçi Şahin Cəfərov məşğulluq xidmətini şəxsi təsərrüfatları  kimi idarə edir. Hüseyn Süleymanov və İsmayıl İsmayılov bildirib ki, Mübariz Mustafayev və Şahin Cəfərov iş yerlərini müəyyən “şərtlər” müqabilində yaxın ətrafları arasında bölüşdürür. “Onlar mütəşəkkil dəstə yaradaraq büdcə pullarını qaranlıq məqsədlərə sərf etməklə məşğuldurlar. İş yerləri rüşvətsiz verilmir. Xüsusilə, heyvandarlığın inkişafı proqraçına cəlb etməyə görə “şapka” alınır. Verməyənlərə əngəl yaradılır. Bu məsələdə konkret olaraq bacıma qarşı haqsızlığı nümunə göstərə bilərəm. Nazir Sahil Babayev Neftçalada vətəndaşlarla görüş keçirərkən bu və digər qanunsuzluqlar barədə ona məlumat vermişəm. Nazir Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad müəllimə göstəriş verdi ki, məsələ araşdırılsın. Bu görüşdən təxminən 15 gün sonra nazirliyin Vasif  adlı əməkdaşı Biləsuvara gəldi.  Mən baş verənləri onun nəzərinə çatdırdım. Nəhayət rayonun məşğulluq xidmətinin əməkdaşları bacımın həyətinə gələrək bir neçə foto çəkdilər. Həmçinin proqrama cəlb olunması ilə adını qeyd etdilər. Lakin təlimlər başlayan zaman məlum oldu ki, Mübariz Mustafayev və Şahin Cəfərov 1000 manat “şapka”istəyir. Pul verilmədiyinə görə bacım təlimlərdən kənarda qaldı. Onun evindən çəkilən fotolar da sistemdən silindi. Onun yerinə isə qohumlarını təlimlərə cəlb etdilər” , - deyə müraciətdə bildirilir.
Sakinlər daha sonra qeyd edib ki, Mübariz Mustafayev və Şahin Cəfərov 2016-cı ilin ilk ayına qədər işdən azad olunmuşlar üçün nəzərdə tutulan pulları saxta arayışlar vasitəsilə mənimsəyiblər: “Mübariz Mustafayev və Şahin Cəfərov təlimlərdə müəllimlik edən şəxslə birgə büdcə pullarını şəxsi məqsədləri üçün sərf edirlər. Bundan başqa, Mübariz Mustafayev qudası Şəfəq Abbasovanı məşğulluq xidmətinə xadimə götürüb. Əslində isə bu şəxs heç idarəsinin qapısını tanımır. Beləliklə. Onun adına pul silinir. Mübariz Mustafayevbununla kifyaətlənməyərək saxta arayış vasitəsilə özünə 2-ci qrup əllilik dərəcəsi alıb”.
Sakinlər ölkə başçısından bu özbaşınalığa diqqət yetirməsini və lazımi tədbirlər görülməsi üçün göstəriş verməsini xahiş edirlər.
ANAXEBER.INFO
    
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar