Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Lukoyl" ölkədə ən çox vətəndaşı aldadan yanacaq doldurma məntəqəsidir -" Utanmasalar deyərlər sənin maşının çəni deşikdir"

29-09-2019, 12:15   

"Lukoyl"dan şikayət: 48 litrlik çənə 76 litr "benzin" vurdular - FOTO
Şikayət etdim, dedilər gəl 30 manatını götür

Haldun Novruzzadə adlı vətəndaş "Lukoyl" yanacaqdoldurma məntəqəsindən şikayətçi olub. Avtosfer.az xəbər verir ki, sürücüdən nə az, nə çox düz 30 manat artıq pul alıblar. Şikayətçi deyir ki, "Hyundai Elantra" 2014 avtomobilinə benzin çəni 43.5 manat (48 litr) tutduğu halda "Lukoyl" şirkətinin Bakı-Sumqayıt yolunda yerləşən 4 saylı yanacaqdoldurma məntəqəsi nə az, nə çox 76 litr, yəni 69 manatləq yanacaq vurublar.


"Hələ çəndə 10 manatlıq da yanacaq olub. Bax belə aldadırlar insanları. Bununla bağlı şirkətin qaynar xəttinə şikayət etmişəm, deyiblər “gəl 30 manatını götür”. Lukoil ölkədə ən çox vətəndaşı aldadan yanacaq doldurma məntəqəsidir. 
Utanmasalar deyərlər sənin maşının çəni deşikdir" - deyə vətəndaş şikayətində bildirib.  

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar