Ana səhifə

Çoban Ədliyyə naziri Fikrət Məmmədova müraciət etdi: “Məndən 3300 manat tələb edilir”

    Tarix: 05-09-2019 11:04   



Fikrət Məmmədov

Abşeron rayonu Qobustan kənd sakini Bayramov Habil Əlikram oğlu onun əleyhinə verilən məhkəmə qərarını əldə edə bilməməsindən şikayətçidir.

Bu barədə Bizimyol.info-ya müraciət edən H.Bayramov Qobustan rayon icra şöbəsinin icra məmuru Xəqani Əliyev də şikayətçi olduğunu bildirib.

“2008-ci ildə qardaşım Qürbət Bayramov Abşeron rayon ərazisində cinayət hadisəsi törədib. O, 4 baş malı tövlədən aparıb və 4 il müddətinə həbs edilib.

Oğurlanan malların sahibi Yaşar Bayramov mənə qarşı “pul tələbinə dair” iddia ilə Qobustan rayon Məhkəməsinə ərizə verdi. İş 3 dəfə Ali Məhkəmədən qaytarıldı. Yenə Sumqayıt Apellyasiya Məhkəməsi işin əsassız olduğunu təsdiq etdi. Qobustan rayon İcra şöbəsindən icra məmuru Xəqani Əliyev mənə zəng edərək bildirdi ki, mən təcili Yaşar Bayramova 3300 manat pulu ödəməliyəm”,-deyə H.Bayramov bildirib.

Habil Bayramov

Şikayətçinin sözlərinə görə, icra məmuru ona “Yaşar Bayramov səni yenidən Qobustan rayon Məhkəməsinə verib 3300 manat pul tələb edib” deyib: “İcra məmuru dedi ki mən məhkəmədə iştirak etməsəm də hakim qiyabi qətnamə qəbul edərək iddianı təmin edib və icra edilməsi üçün icra şöbəsinə göndərib. Mən icra məmuru Xəqanilə görüşərək xahiş etdim ki, həmin qətnamənin sürətini bir tərəf olaraq mənə versin. O, həmin sənədin onda olmadığını dedi. Əvəzində o telefonda hansısa sənəd mənə göstərdi. Mən bir çoban olduğuma görə icra məmuruna bildirdim ki, telefonda bu sənədi oxuya bilmirəm. O da dedi ki, əgər gedib bu qətnaməni məhkəmədən istəsəm məndən 500 manat alacaqlar. İcra məmuru mənə “yaxşısı budur pulun hamısını təcili ödə” dedi. Mən etiraz etdim ki, bir dəfə məhkəmənin baxdığı işə yekun qətnamə verilibsə, ikinci dəfə eyni tələblə iddia vermək qanunsuzluqdur”.

H.Bayramov deyib ki, qətnaməni görmədən ödəniş etməkdən imtina etdiyi üçün onu narahat edirlər: “İndi məni polislər axtarmaqla məşğuldur. Qoymurlar ki, gedib nökərçilik edib evdəki 4 uşağa quru çörək gətirim. Eləcə də, mənə imkan verilmir ki, Qobustan Rayon Məhkəməsinin qətnaməsini əldə edib, apellyasiya şikayəti verim”.

Şikayətçi Habil Bayramov deyib ki, o, məsələnin araşdırılması üçün Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.

Ramid İbrahimov, Bizimyol.info

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net