Ana səhifə

Gəncə Şəhər Səhiyyə İdarəsi “dağılır” – XƏSTƏLƏR İŞGƏNCƏYƏ MƏRUZ QOYULUR...

    Tarix: 22-11-2019 09:38   

           
Gəncə Şəhər Səhiyyə İdarəsi “dağılır” – XƏSTƏLƏR İŞGƏNCƏYƏ MƏRUZ QOYULUR...
Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov şəhərin səhiyyəsinin durmunu çıxılmaz həddə çatdırıb. Şəhər xəstəxanaları, poliklinkalar inanılmaz vəziyyətdədir.

Qeyd edək ki, 2006-cı ildə Abbas Səhhət adına 1 saylı xəstəxananın baş həkimi kimi fəaliyyət göstərən Nazim Əhmədov iki ilə yaxındır Gəncə Səhiyyəsinin rəisi təyin olunub. Adətən yeni təyin olunan rəhbərlə digər rəhbərlərə baxdıqda dahada yaxşı işləyərək, keçmiş və sabiq rəhbərlərə örnək olurlar. İndi tərsinə olub, Nazim həkim milləti müalicə etmək əvəzinə, vətəndaş davası salır. Hələ üstəlik rəhbərlik etdiyi səhiyyə işçiləri də xəstələri borclu çıxardırlar. Belələrinə nə ad vermək olar?

Bildiyimiz kimi bir çox xəstəliklər var ki, Səhiyyə Nazirliyi tərəfindən hər ay onlara pulsuz dərman verilir. Gəncə Şəhər Səhiyyəsində "diabet dərmanları" digər yerlərdən fərqli olaraq müsibətlə verilir. Əldə etdiyimiz video lentdən aydın olur ki, Şəkər xəstələri 2 saylı Şəhər poliklinikasında xəstələr bir-birlərinə, hətta həkimlər xəstələrə, xəstələr həkimlərə nalayiq ifadələr işlədirlər.

Verilən məlumatlara görə, hər ay dərman paylananda belə xoşagəlməz hadisələr olur. Video-lentin birindən də aydın olur ki, Gəncə Şəhər 2 saylı poliklinikasında baş həkimi İsa adlı şəxsin dərman növbəsinə dayanan adamların əziyyətlə dərman almalarından xəbəri var.

Təkcə demək olmaz ki, şəhər 2 saylı poliklinkasında belə bir hadisə baş verib, digər xəstəxanalarda və poliklinkalarda belə arzuolunmaz hadisələr baş verir.

Bununla bağlı Səhiyyə Naziri Oktay Şirəliyev mütləq ciddi tədbir görməlidir. Hətta Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovu bu faktın qarşısında tutduğu vəzifədən kənarlaşdırmalıdır.
Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin və Səhiyyə Nazirliyinin mövqeyini dərc etməyə hazırıq
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net