Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakı merinin səlahiyyətlərini kim icra edir?

19-07-2018, 15:01   

 


   
Səbail Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Eldar Əzizov hazırda Bakı Şəhəri İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirir.
Axar.az xəbər verir ki, prezident sərəncamı ilə BŞİH-nə birinci müavini təyin edilən E.Əzizova qədər bu vəzifəni keçmiş mer Hacıbala Abutalıbovun müavini Fidumə xanım Hüseynova icra edirdi.
E.Əzizov BŞİH-yə birinci müavin təyin edilməsilə avtomatik olaraq Bakı meri vəzifəsinin müvəqqəti icraçısı olub.
BŞİH-nin rəsmi saytında da E.Əzizovun təyinatı əksini tapıb.
Xatırladaq ki, E.Əzizov buna qədər bir neçə rayonda icra başçısı vəzifəsini daşıyıb.
O, 16 iyul tarixində prezident sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar