Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Emin Ağalarov yeni yay mahnısını təqdim edib - VİDEO

24-05-2019, 21:10   



Azərbaycanın Xalq artisti Emin Ağalarov repertuarına xas olmayan “Mehriban” adlı yeni mahnısını təqdim edib.






Artıq bütün rəqəmli platformlardan yüklənməyə açıq olan rəqs havalı mahnı qarşıdakı yay mövsümündə dinləyicilərin ən sevimliləri arasında olmağa iddialıdır. Mahnıda bəhs olunan romantik hekayə qaynar ehtiraslarla doludur, ahəngli melodiyası isə qızmar yay və gözqamaşdırıcı rəngləri xatırladaraq sanki dinləyicini uzaq isti diyarlara dəvət edir.

Gənclik tərzində rəqs mahnısı olan “Mehriban” bəlli bir cərəyana qədəm qoymaqla yanaşı, müğənninin ümumi yaradıcılıq xəttinin ahəngli davamıdır. Digər tərəfdən, sənətçi bu mahnı ilə pərəstişkarlarının çoxdandır görmək istədikləri yeni cəhətlərilə qarşılarına çıxır.

Müəllifləri Vladimir Çiniayev (Chinkong), Aleksander Lev Konovalov, Polina Qudiyeva (Polina), Aleksandr Jvakin (Loc Dog) olduqları yeni mahnının ilk təqdimatı müğənninin “Shore House”dəki iyunun 14-də solo konserti zamanı keçiriləcək. Həmçinin “Mehriban” mahnısı “Good Love 2019” turunun siyahısına daxil ediləcək.



İnterPress.Az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar