Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Enerji içkiləri niyə ziyanlıdır? - Tanınmış kardioloq AÇIQLADI

26-05-2019, 14:16   





Enerji içkiləri ürək ritmində pozulmalar, təzyiq, damarlarda sıxılmalar yaradır. Bu içkilərin təsirindən daha çox ürəkdə ölümcül ritm pozğunluqları baş verir. Enerji içkiləri bunlarla yanaşı, qadın və kişi cinsi orqanlarına mənfi təsir edir, nəsil artırma qabiliyyətini pozur, həmçinin genetik problemlərə səbəb olur.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu kardioloq, Mərkəzi Klinik Xəstəxananın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov lent.az-ın canlı yayımında enerjili içkilərin ziyanları barədə danışarkən deyib.

Bu içkilərin tərkibində yüksək miqdarda kofein, taurin olduğunu qeyd  edən həkimin sözlərinə görə, bəzi enerji içkilərinə kofein daha sərtləşdirilmiş formada qatılır: "Bu maddələr gündəlik qəbul normasından artıq olduqda ürək ritmini pozur, hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır. Bir hamilə xanımın, azyaşlının bu içkiləri içməsi nə dərəcədə doğrudur? Valideynin uşaqlarına, nənə-babaların nəvələrinə enerji içkisi alıb verməsi düzgündürmü? Bunlara yol verilməməlidir. Bu içkilərin reklamının qarşısı alınmalıdır.

Enerji içkiləri 2007-ci ildən daha geniş istifadə olunmağa başlayandan sonra Amerikada xüsusi ölüm halları yaranmağa başladı. Azərbaycanda da bununla bağlı iki ölüm hadisəsi olub. Amma ümumilikdə bu içkilərin yaratdığı fəsadlar çoxdur.

Gənc yaşlarda ürəkdə ciddi problemlərlə qarşılaşanda ilk olaraq ağlımıza gələn səbəb narkotik və energetik içki istifadəsi olur. Hər gün dörd qutu enerji içkisi içən bir şəxs infarkt şübhəsi ilə müraciət etmişdi. Ürək damarlarında spazmaları sakitləşdirmək üçün dərmanlar təyin etdik. Uzun zaman həmin içkiləri içməyib, son bir ayda yenidən içməyə başlayıb və infarkt yaranıb".

F. İbrahimov deyib ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır: "Hesab edirəm ki, 22 yaşdan aşağı olanlar bu içkiləri ümumiyyətlə, içməməlidirlər. Son zamanlar tərkibinə alkoqol qatılan enerji içkiləri də satışa çıxarılıb. Bunun ziyanları isə daha çoxdur".Mütəxəssis enerji içkilərinin və siqaretin D vitamini çatışmazlığı yaratdığını da açıqlayıb: "İnsanların böyük əksəriyyətində D vitamini çatışmazlığı var. Baxmayaraq ki, günəşli ölkədə yaşayırıq, bu problem çox geniş yayılıb. Enerjili içkilər və siqaret D vitamininin mənimsənilməsinin qarşısını alır".
"Enerjili içkilərin əvəzinə nə içmək lazımdır" sualına cavab olaraq kardioloq bunları deyib: "Çayın ziyanı yoxdur, rahatlıqla istifadə etmək olar. Kofe də içmək olar, amma burada bir limit olmalıdır. Ürəkdə problem, yüksək təzyiq yoxdursa, içmək olar. Bunlardan başqa, nanə və limon çayı kimi təbii içkilər daha faydalıdır"...
Milli.Az




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar