Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bölgədə ŞOK GƏLİŞMƏ: “Kürd dövləti” planı tarixə qovuşur? – ANLAŞMA

8-08-2019, 16:16   

“ABŞ və Türkiyə arasında Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq istiqamətində gedən danışıqları müsbətə doğru dəyişir”.

Bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar açıqlama verib.

Akar tərəflər arasında uzun zamandır yarnmış fikir ayrılıqlarının aradan qalxmaq ərəfəsində olduğunu bildirib:

“Suriyada təhlükəsizlik zonasının yaradılması ilə əlaqədar ABŞ-la danışıqlar davam edir. Dialoq müsbət və konstruktiv bir forma alıb. Yanaşmalarımız bir-birinə yaxınlaşır.

Biz cənub sərhədlərimiz yaxınlığında terror dəhlizi yaratmağa imkan verməyəcəyik”.

Əlavə edək ki, Türkiyə və ABŞ bir neçə ildir bölgədə təhlükəsizlik zolağının qurulması ilə bağlı anlaşa bilmir. Rəsmi Ankaranın Suriya tərəfdən sərhədlərə türk ordusunun nəzarət etməsi tələbi Vaşinqton tərəfindən rədd edilir.

ABŞ hökuməti həmin ərazilərə YPG terror təşkilatının silahlılarının nəzarətində qalmasına təkid edir. (teleqraf.com)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar