Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"WhatsApp"da MÖHTƏŞƏM YENİLİK

9-08-2019, 20:53   


"WhatsApp"da MÖHTƏŞƏM YENİLİK

Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp" tətbiq edəcəyi növbəti yeniliklə istifadəçilərini sevindirəcək.

Milli.Az bildirir ki, proqrama İnstaqram-ın ən sevilən özəlliyi olan "Boomerang" əlavə olunacaq. Nəticədə istifadəçilər çəkdikləri qısa videolara "Boomerang"la sürət verə biləcəklər.  

Yenilik təqribən 7 saniyəlik videolarda istifadə olunacaq. Hazırlanan videolar həm göndəriləcək, həm də proqramın "Hekayə" hissəsində paylaşıla biləcək.
Hazırda sınaq mərhələsində olan yeniliyin əvvəl "iOS", daha sonra isə "Android" istifadəçilərinin ixtiyarına veriləcək. Yeniliyin nə vaxt istifadəyə veriləcəyi hələ ki məlum deyil.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar