Ana səhifə

SON DƏQİQƏ: Gərginlik müharibəyə keçdi - Ölənlər var, sığınacaqlar məhv edildi

    Tarix: 20-08-2019 22:33   
 
Kəşmirdə nəzarət xəttində baş verən qarşıdurmada biri zabit olmaqla, 6 hind əsgəri öldürülüb.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Pakistan Silahlı Qüvvələrinin sözçüsü Asif Gafur bildirib.
O, Hindistan tərəfindən atəşkəs rejiminin pozulmasına cavab verildiyini açıqlayıb. Asif Gafur iki sığınacağın məhv edildiyini qeyd edib.
Hindistan iddialara hələ cavab verməyib.
Xatırladaq ki, avqustun 5-də Hindistanın Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv etməsindən sonra İslamabad və Nyu-Dehli arasında gərginlik artıb. Hindistan parlamenti öz Konstitusiyasında 370-ci maddənin ləğvini təsdiqləyib. Həmin maddə ştata xüsusi status verirdi.
Avqustun 7-də Pakistan hökuməti Hindistan səfirini ölkədən çıxarmaq qərarına gəlib. İslamabad, həmçinin Hindistanla diplomatik münasibətlərin səviyyəsini azaltmaq və bu ölkə ilə ikitərəfli ticarət əlaqələrini dayandırmaq niyyətində olduğunu bəyan edib.
Qeyd edək ki, Pakistan və Hindistan nüvə silahlarına sahibdir. Bu səbəbdən dünya ictimaiyyəti gərginliyin nüvə silahının tətbiqiylə genimiqyaslı müharibəyə gətirib çıxaracağı ehtimalından narahatdır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net