Ana səhifə

Bu gündən satışa çıxarılan güzəştli mənzillərin QİYMƏTİ açıqlandı

    Tarix: 16-10-2019 11:21   

Bu gündən Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində növbəti mənzillərin güzəştli satışına başlayır.

MİDA-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzilin, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin satışı 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 18 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.

Azərbaycan Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.azwww.mida.az  internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa ümumilikdə 570 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 30.01.2017-ci il tarixli 23206 nömrəli, 31.01.2017-ci il tarixli 23210 nömrəli və 17.03.2017-ci il tarixli 23364 nömrəli müsbət rəyləri mövcuddur.

Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.

Bina №Binanın yerləşdiyi torpaq sahəsi (m²)Binada mərtəbə sayıBinaya giriş sayıMənzillərin otaqlarının sayıMənzillərin sayıMənzillərin daxili perimetr üzrə sahəsi (m²)Mənzillərin xarici perimetr üzrə sahəsi (m²)Baş podratçı / ünvanıTikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi



10441,561212156,8770,44“Hovers Group” MMC / Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 7310 oktyabr 2018-ci il
11665,32922354,65-55,0766,91
12441,561213170,4684,47“SMT İnşaat” MMC / Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 4401 aprel 2019-cu il
13665,32922554,73-55,0766,91
141507,97921833,10-33,3740,52“Caspian CLC”  MMC / Bakı şəhəri, Binəqədi rayonu, keçid 1410, 6-cı mikrorayon, ev 15/2, mənzil 8901 aprel 2019-cu il
24850,16-55,1460,10-66,91
3869,47-69,7384,47
15665,32921833,10-33,3740,52
24850,16-55,1460,10-66,91
3869,47-69,7384,47
16665,32921833,10-33,3740,52“AS Tikinti” MMC / Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 10, mənzil 1822 dekabr 2018-ci il
24850,16-55,1460,10-66,91
3869,47-69,7384,47
171507,97921833,10-33,3740,52
24850,16-55,1460,10-66,91
3869,47-69,7384,47
18665,32921833,10-33,3740,52“Araz İnşaatçı” MMC / Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, məhəllə 851, mənzil 10/8622 dekabr 2018-ci il
24850,16-55,1460,10-66,91
3869,47-69,7384,47
19441,5612111231,50-33,0140,12
22456,85-57,8770,44
32469,80-70,4684,47
20441,5612111231,50-33,0140,12“MƏK-AN” MMM / Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26N.22 dekabr 2018-ci il
22456,85-57,8770,44
32469,80-70,4684,47
21441,5612111231,50-33,0140,12
22456,85-57,8770,44
32469,80-70,4684,47
22441,5612111231,50-33,0140,12
22456,85-57,8770,44
32469,80-70,4684,47

 Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 652 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 65 997 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

İllik faiz dərəcəsiMüddətMinimal ilkin ödənişAylıq ödəniş*
1 otaqlı2 otaqlı3 otaqlı
4%3-30 il10%129-136 manat205-236 manat284-288 manat
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Otaqların sayıMənzilin qiyməti


(manat)

Əlavə endirim məbləği


(manat)

Əlavə endirimdən sonra mənzilin satış qiyməti


(manat)

129 9252 99226 933
247 6524 76542 887
365 9976 60059 397
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq,  habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.azwww.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı və Sumqayıt), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net