Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Oqtay Gülalıyevin ailəsi qərar verdi - OĞLU AÇIQLADI

15-11-2019, 17:33   


Oqtay Gülalıyevin ailəsi qərar verdi - OĞLU AÇIQLADI

Avtomobil qəzasından sonra müalicə üçün Türkiyəyə aparılan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ağırdır. 

Bu barədə məlumatı Cebhe.info-ya Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev verib. Atasının son durumundan danışan oğlu deyib ki, ailə hüquq müdafiəçisini müalicəsini davam etdirməsi üçün Amerika, Avropa və ya İsrailə aparmağa qərar verib: “Atam heç yaxşı deyil. Hələ koma vəziyyətindədir. Onun sağalması üçün mütləq Avropa ölkələrindən birinə, Amerikaya və ya İsrailə aparılması lazımdır. Çarəsiz halda gözləyirik”. 

Qeyd edək ki, Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir. Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb. 

Alçina Amilqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar