Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

AZƏRBAYCANDA 6 BALLIQ GÜCLÜ ZƏLZƏLƏ - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

10-08-2019, 13:17   


AZƏRBAYCANDA 6 BALLIQ GÜCLÜ ZƏLZƏLƏ - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB




Bu gün Zaqatala rayonu ərazisində baş verən 6 ballıq zəlzələ nəticəsində hər hansı dağıntı və xəsarət alanların olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumata görə, bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

***

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələ barədə növbəti məlumat yayıb.

RSXM-dan verilən xəbərdə bildirilir ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

***

Zaqatalada 4,9 ballıq zəlzələ olub. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.

Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ hiss olunub. 

***

Qax, Balakən və Zaqatala ərazisində zəlzələ olub.

Hurriyyet.org xəbər verir ki, yeraltı təkanlar hiss olunub.

Məlumatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) təsdiqləyiblər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar