Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yeni Günəşli sakinləri aksiyaya hazırlaşır – “Soyuqdan donuruq”

6-12-2019, 11:24   
Yeni Günəşli sakinləri aksiyaya hazırlaşır – “Soyuqdan donuruq”

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov 34 ünavınada yaşayan sakinlər aksiyaya hazırlaşır. 

Bu barədə Yenisabah.az-a sakinlər məlumat verib. Onlar aksiyanın səbəbini 3 gündür ki, binada istiliyin olmaması ilə izah edirlər. 

“3 gündür istilik yoxdur. Heç bir səbəb göstərmirlər. Uşaq var, qoca var, xəstə var. Nəzərə alan yoxdur bunları. Camaat soyuqdan donur”, - deyə sakinlər bildirib.

Məlumat üçün deyək ki, bu yaxınlarda Suraxınının icra başçısı dəyişib. Yasamal rayonunun icra başçısı Əziz Əzizov Suraxanıya rəhbər təyin edilib. 

Bu təyinat baş tutan gün o, Prezident İlham Əliyevlə görüşüb. Ölkə başçısı Əziz Əzizova və onunla birgə görüşdə iştirak edən digər yeni icra başçılarına vəzifələrini layiqincə yerinə yetirməli olduqlarını xatırladıb, əks təqdirdə onların cəzalandırılacaqlarını bildirib. 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar