Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ölüm saçan virus bütün ölkəni bürüdü, ölənlərin sayı kəskin artdı

30-01-2020, 09:05   

2019-nCOV kod adı verilən yeni tip koronavirusa təsdiqlənmiş yoluxma halı Çinin Tibet muxtar rayonunda da qeydə alınıb. Virtualaz.org xəbər verir ki, bu barədə Çinin səhiyyə məsələləri üzrə dövlət komitəsinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, bununla da virus bütün ölkəni bürüyüb, o cümlədən muxtar və xüsusi inzibati rayonlara da keçib. Çində koronavirusun qeydə alınmadığı region qalmayıb.

Yanvarın 30-na keçən gecəyə olan məlumata görə virusdan ölənlərin sayı 170-ikeçib, yoluxanların sayı 8 minə yaxınlaşır. Lakin bunlar rəsmi rəqəmlərdir və qeyri-rəsmi məlumatlara əsasən ölənlərin, yoluxanların sayı qat-qat çoxdur.

Çindən başqa yoluxma halları indiyədək Yaponiyada. Cənubi Koreyada, ABŞ-da. Almaniyada, Avstraliyada, Finlandiyada və Fransada da qeydə alınıb.

Xatırladaq ki, Azərbaycan hökuməti də virusun ölkəyə keçməsinin qarşısının alınması (səhiyyə rəsmiləri iddia edir ki, ölkədə bu virus qeydə alınmayıb) üçün qabaqlayıcı tədbirlər görməkdədir. Ötən gecə Pekin-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər Heydər Əliyev  Beynəlxalq Aeroportunda ciddi yoxlamadan keçiriliblər.

Təyyarədən enən 85 sərnişin koronavirusa görə hava limanında olan həkimlər və epidemiologiya xidmət tərəfindən müayinə edilərək yoxlanılıb. Sərnişinlərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Dövlət Sərhəd Xidmətinin əməkdaşları da tibbi maska ilə sərnişinlərin sənədlərini yoxlayıblar. 

 

Eyni zamanda DSX əməkdaşları tərəfindən digər ölkələrdən təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərin onlarla təmasda olmaması üçün dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rinə keçmələrinə icazə verilməyib. Qeyd olunub ki, Çindən gələn sərnişinlərin hamısı təhlükəsizlik səbəbindən tibbi müayinədən keçdikdən sonra digər sərnişinlərin dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rinə keçidinə icazə veriləcək.  Nəticədə İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər foyedə gözləməli olublar. 

 Lakin məsələ bundadır ki, koronavirus hətta inkubasiya dövründə də insandan insana keçir. Yəni virusa yoluxmuş adamda xəstəliyin heç bir əlamətləri (qızdırma, öskürək, baş ağrısı və s...) müşahidə olunmadığı halda onunla təmasda olanları da yoluxdura bilir. Başqa sözlə, hava limanında görülən bu ehtiyat tədbirləri hələ Pekindən gələn sərnişinlərin koronavirus daşıyıcısı olmadığına təminat verə bilməzdi.

virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar