Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gəncədə əlixəncərli həşşaşilər və Suriya eksperimenti kimin ssenarisidir? – Gizlinlər...

12-07-2018, 06:34   
 

Gəncədə icra başçısına sui-qəsd edən, şəhərin tən ortasında iki polis zabitini camaatın qabağında xəncərləyərək öldürən “cihad”çılar Həsən Sabbahın həşşaşilərinə oxşayır.
anaxeber.info yazır ki, İslamda ilk kamikadze təşkilatı olan ismaililər təriqəti şiəliyə söykənir. Şiəliyin bu mərhələsində cəfərilər və ismaililərin yolları ayrılır.
Birincilər zorakılıq və silahlı müqavimətin tərəfində olmayıblar, İmam Hüseyn müsibətinə əsrlərdir ki, yas tutublar. İsmaililər isə cihadçılardılar. Onlar xəncərdən və zəhərdən istifadə edirlər.
Dövrümüzdə həşşaşilərin davamçıları olmasa da, dini ekstremistlər dünyanın hər yerinə səpələniblər. İstərsə, əhli sünnə, istərsə də şiə bayrağı altında radikallar terror yayırlar.
Gəncədə baş verən hadisələri törədənlər də radikal dini ekstremistlərdirlər. İcra başçısını güllələyən Yunis Səfərov Qum şəhərində təhsil alıb, Suriyada təlim keçib, bir dəfə polis vuraraq silahını götürüb qaçıb.
İyulun 10-da polis zabitlərini xəncərlə qətlə yetirməkdə şübhəli bilinən Fərrux Qasımovun feysbuk səhifəsindəki paylaşımlarından da görünür ki, qatı fanatik şiədir, Aşura mərasimlərindən videolar yayır.
Onunla birgə axtarışda olan Rəşad Böyükkişiyevin də fərqli biri olmadığı məlumdur. Üstəlik, qəsdən adam öldürməyə görə məhkumluq yaşayıb və Fərrux kimi mütəmadi olaraq İrana səfərlər edib.
Beləliklə, Gəncədə məmur və polislərə qarşı cinayəti törədən Yunis, Fərrux və Rəşadın dini bağlılıqları var, həşşaşilərin müqəddəs Əlamut qalasının yerləşdiyi İrana müəmmalı səfərləri olub.  
Bu, hadisələr dini motivlərə bağlansa da, pərdəarxasındakı çirkin siyasi məqsədlərin nədən ibarət olduğu bilinmir.
Bütün nəzərlərin İrana yönəlməsinə baxmayaraq, hər üç cinayətkarı Gəncədə təlimatlandıran əsl sifarişçilərin başqa qüvvə olması son dərəcə realdır.
Əslində, həmin kənar dairələrin məramı da sağ göstərib, sol vurmaq olub. Yəni, diqqəti İrana yönəltməklə gerçək ünvanları yayındırmağa çalışırlar.
Sadəcə, xammal olaraq gəncəli və radikal şiələr seçilib ki, E.Vəliyevin istibdadına, dindarlara təhqirinə etiraz olaraq bu hadisələrin törədildiyi təsəvvürü formalaşdırılsın.
anaxeber.info yazır ki, Azərbaycana qarşı bu təhdidlərin hansı mərkəzdən gəldiyini iqtidar rəsmiləri bilməmiş deyillər.
Müxtəlif versiyalar (parad, Ərdoğanın səfəri, prezidentin Brüsselə getməsi, TANAP və s.) səslənməsinə baxmayaraq, əsas amalın sabitlik mənzərəsinin pozmaq cəhdi olduğu görünür. Azərbaycan prezidenti çıxışlarında ölkəmizdə sabitliyin olduğunu hər zaman haqlı olaraq vurğulayır.
Vətəndaşla polis, dindarlarla polis və icra orqanları, eləcə də məzhəblərarası münasibətlərdə heç bir problem olmadığı, millətlərarası dostluğun ən yüksək səviyyədə olduğu, qeyri-müsəlman dinlərə hörmət saxlandığı göz qabağındadır.
Azərbaycan ən tolerant ölkələrdən biridir, Bakı islam mədəniyyətinin paytaxtı seçilib, multukultralizm mövzusunda konfranslar keçirilir, ilk islam həmrəyliyi oyunları ölkəmizdə təşkil edilib.
O cümlədən Gəncədən Lənkərana qədər yeni məscidlər tikilib, İmamzadə, Təzə pir əsaslı təmir olunub, Aşura mərasimləri müdaxilələrsiz keçirilir.
Və İlham Əliyevin çıxışlarında sabitlikdən vaxtaşırı danışması görünür ki, hansısa mərkəzlərin ürəyincə deyil və məkrli planları, xain ssenariləri işə salmağa başlayırlar.
Ölkənin ikinci şəhəri olan Gəncəni seçməklə, şiəliyin yüksək inkişaf etdiyi bu şəhərdə iğtişaşlar yaratmaqla, E.Vəliyevdən gəncəlilərin narazı olduğunu hədəfləməklə həmin qüvvələrin planları baş tutub.
Məqsəd Azərbaycanda Suriya eksperimenti aparmaq olub. Ancaq Azərbaycan xalqı şəriətçi, məzhəbçi və dini aludəçiliyi olmayan, dini baxışları ibadətdən kənara çıxmayan xalqdır. Ona görə burda Suriya testləri keçərli deyil.
Yunis Səfərov adlı terrorçunun Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı həyata keçirdiyi sui-qəsd əməlinin alt qatında dayanan səbəblər qətiyyən məişət hadisələri deyildi. Namus, qeyrət, hamilə bacı söhbətlərinin uydurma olduğu ortaya çıxdı.
Qısa müddət ərzində həmin şəxsin boyuna biçilən obrazlar darmadağın edildi və Gəncə üzərində müxtəlif təxribatlara, iğtişaşlara və toqquşmalara çalışan qrupların əsl məqsədlərini görmək o qədər də çətin olmadı.
Bununla belə, yüz minlərlə Gəncə sakini bu təxribatlara meydan vermədi, bu çağırışlara qoşulmadı.
Sayları 200-ə yaxın olan başıpozuq dəstənin, haradan və necə əmələ gəldiyi barədə çox güman ki, qarşıdakı vaxtlarda yetərli məlumatlar veriləcək
anaxeber.info
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar