Ana səhifə

İqtidarda səksəkə: ilin sonu kimlərin “kəlləsi” gedir?

    Tarix: 19-11-2019 10:01   
 


Ətrafımız heç cür sakitləşmir və heç bir vəchlə sular durulmur. Gah Moskvada nümayişlər olanda, Tehranda səssizlik yaşanır, gah İrəvanı üsyan bürüyəndə Tiflisdə sabitlik olur, gah da tərsinə...
Anaxeber.info yazır ki, indi iki qonşuda inqilabın tappıltı səsləri eşidilir: benzinin bahalaşması İranı, erkən seçki tələbi Gürcüstanı qarışdırıb.
Bizim üçün çıxan qənaət budur ki, regionun rahat günü yoxdur, bundan sonra olamayacaq da, sərhədlərimiz kataklizmlərin ağuşundadır və bölgənin düyməsi çoxdan basılıb.
Geridə qoyduğumuz oktyabrda hansısa inqilab ssenariləri Azərbaycanda da lokal səviyyədə eksperiment edilmişdi. Bəli, o dairələr bir daha əmin oldular ki, Bakını da “sarı jiletli”lərin meydanına çevirmək olar; əhali narazıdır, bürokratiya, süründürməçilik, monopoliya, rüşvət, sosial zülm, ədalətsizlik, hüquqsuzluq azərbaycanlıları boğaza yığıb.
Bəs, niyə həmin ssenarilər axıra qədər reallaşmadı? - ona görə ki, onların icrası planı yoxuydu, sadəcə, ictimai rəy öyrənilirdi, cəmiyyətin nəbzi yoxlanırdı. Aydın oldu ki, qəzəbin hərarəti yüksəkdir, temperatur artan xətt üzrə gedir.
***
Əslində, təhlillərimiz özünü doğrultmaqdaydı - prezident İlham Əliyev bu il növbədənkənar parlament seçkiləri təyin etməliydi.
Lakin hadisələrin inkişafı, oktyabrda baş verənlər planı ertələdi, icra hakimiyyəti strukturlarında dəyişikliyi tezləşdirdi.
İqtidar parlamentdən qabaq təcili şəkildə yerlərdə əl gəzdirməyə zərurət gördü, əyalətlər yenidən kifayət qədər kritik həddə qədər sıxılmışdı.
Amma bu qaz balonu effekti yarada bilərdi, o səbəbdən Milli Məclisin tərkibini yeniləməyi arxaya keçirib, İH-lərdə dəyişikliyi qabağa saldılar.
Bunun məntiqi ardıcıllığı 2020-nin ən azı yazında parlament seçkilərini təyin etmək olacaq. Hakimiyyət daha da uzatmaq istəmir.
Lakin bütün bunların aralığında çox mühüm dəyişikliklər astanasında olduğumuzu da söyləməliyik.
Söhbət ilin sonuna qədər gözlənilən, zəlzələ effekti verə biləcək, daha bir neçə iri fiqurun kəlləsinin “vurulması”ndan gedir. Bu qərarlar 2019-ci ilin möhürü olacaq və 2020-yə böyük bir panorama açılacaq.
İqtidar “mətbəxi”ndən sızan məlumatlar, yüksək kluarlarda dolaşan iddialara görə, bu dəyişiklik Bu istər-istəməz medianın, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətində təsirsiz ötüşməyəcək.
Hətta belə desək, indi çoxları səksəkədədir, “ilan vuran yatır, bəziləri gecələr yatmır”, iqtidarın yeni siyasi plaftormalarının, kursunun nədən ibarət olacağı intizarla gözlənir.
Yəni, əksəriyyət ilin sonunda təyinatlara gözünü dikib və sonra yaranacaq müvəqqəti qarışıqlıqda bütün tərəflər daşların yerinə oturmasını gözləyəcək.
Hələlik dəyişməyənlər Mərkəzi Bank sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov, səhiyyə naziri Oqtay Şirəliyev, Ali Məhkəmə sədri Ramiz Rzayev, xarici işlər naziri Elmar Məmmədyarov, gənclər və idman naziri Azad Rəhimov və digərləridir.
Ehtimal ki, prezident onların bir çoxu ilə işləmək istəməyəcək. Eyni zamanda bir neçə yüksək ranqlı məmurun getməsi, struktur islahatları arzuolunandır.
İcra hakimiyyətlərində dəyişikliklər də davam edəcək, demək olar, bütün rayonları əhatə edəcək.
Məsələn, Samux, Şabran, Lerik, Salyan, Laçın, Bərdə, İmişli, həmçinin, Bakıda daha bir neçə rayon icra başçıları dəyişəcək.
Analitiklərin fikrincə, bütün bu proses 2020-ci ilin ortalarına qədər reallaşmalıdır ki, hakimiyyət növbədənkənar parlament seçkilərinə də getsin.
Nəhayət, bundan sonra tərkibi 70 faiz yenilənmiş parlament görəcəyik. Sadəcə, onlar da sürpriz isimlər olmayacaqlar, sadəcə, fiqurlar dəyişəcək, əhalinin gözünü “mazol” etmiş deputatlara mandat verilməyəcək.
Beləliklə, islahatların yeni dövrünü belə adlandıra bilərik - İlham Əliyev öz elitasını formalaşdırır...küləyi Prezident Administrasiyasındakı şöbələrdən Nazirlər Kabinetinə qədər əhatə edəcək.
***
Anaxeber.info-nun məlumatına görə, Ramiz Mehdiyevin PA rəhbəri postundan azad edilməsindən sonra ona yaxın kadrların əksəriyyətinin vəzifəsi ilə vidalaşacağı gözlənilir. Eyni zamanda bir neçə nazir, yüksək vəzifəli şəxs işini itirə bilər.
Bu baxımdan hakimiyyətin yeni strategiyasına uyğun gəlməyən kadrların yola salınması daxili siyasətdə ciddi dəyişikliklərə səbəb olacaq.

Anaxeber.info
Turan

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net