Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məğribdən məşriqə: 2020-də seçki keçirən ölkələri və bizi nə gözləyir?

5-12-2019, 09:12   
 

2020-ci il dünyada məğribdən məşriqə qədər seçki təqvimidir. Anaxeber.info-nun xarici siyasət şöbəsi xəbər verir ki, gələn ilin noyabrında supergüc dövlət ABŞ-da prezident seçkiləri keçiriləcək. Eyni ildə Azərbaycana dost ölkə Belarusda da prezident seçkiləridir.
Qonşu Gürcüstan da parlament seçkilərinə hazırlaşır və proporsional sistem tələbi Tiflisin küçələrini indidən qarışdırıb. Amerikada noyabrda seçki keçiriləndə həmin ay bizdə də parlament seçkiləri olmalıydı.
Lakin Milli Məclis buraxıldı. İndi ya fevral, ya da apreldə növbədənkənar parlament seçkiləri keçiriləcək. 2018-ci ildə də prezident seçkiləri qabağa çəkilərək oktyabr deyil, aprelə təyin edilmişdi.
Anaxeber.info yazır ki,bəzi politoloqlar bunu həmin ilin payızında gözlənilən təxribatların qarşısının alınmasına hesablanması ilə əlaqələndirmişdilər.
Çünki 2018-in martında Rusiyanın başı öz seçkilərinə qarışmışdı və apreldəki seçkilərə hansısa dairələrin məkrli planlar qurmağa vaxt baxımdan fürsəti olmadı. Eynilə bu dəfə də oxşar ssenari müşahidə edilir.
Noyabrda ABŞ-da və Azərbaycanda seçkilər olmalıydı, amma hakimiyyət seçkinin vaxtını irəli çəkərək ilin əvvəlinə planlaşdırır. Doğrudur, Qərbin Bakıda Avromaydan projeləri yoxdur.
Tramp administrasiyası da sözünü tutdu, başqa ölkələrin daxili işlərinə qarışmadı. Ancaq kim zəmanət verə bilərdi ki, noyabra hansısa destruktiv “xəritə”lər cızılmasın.
Ona görə parlamentin yenilənməsində daxili faktorların yükü çox olsa da,  beynəlxalq amilləri də gözardı etmək olmaz.
Təbii ki, Milli Məclisin buraxılması daha çox daxili proseslər, sistemdə dəyişikliklərlə bağlıdır.
İcraedici orqanların rəhbər postlarında dəyişikliklə yanaşı qanunverici orqanda da vitrin islahatların kursuna adekvat olmalıydı.
Amma Gürcüstandan fərqli olaraq, Azərbaycanda parlament seçkisiqabağı vəziyyət bağlı boğça, sirli sandıqça kimidir. Tiflisi və bölgələri aksiyalar cənginə alsa da, Bakıda və regionlarda sakitlikdir.
Əslində, son dəyişikliklər cəmiyyətin ürəyindən tikan çıxardığına görə hansısa qəzəb yığımı, nifrət püskürməsi də yoxdur.
O mənada müxalifətin və hansısa kənar güclərin təzyiqləri çətin ki, protest elektoratı hakimiyyətin üzərinə qaldıra bilsin.
Yanvardakı gərginlik və cəmiyyətin ovqatı ilə dekabrdakı siyasi-sosial ab-hava arasında yerlə-göy qədər fərq var. Narazılığın qazı çıxarılıb, ölkədə boşalma gedib.
İkincisi, həmişə təhdid gözlədiyimiz Moskva ilə əlaqələr ən yüksək səviyyədə inkişafdadır. Gürcüstandan fərqli olaraq, Azərbaycanda anti-Rusiya ritorikası güclü deyil, cəmiyyət o əhval-ruhiyyəyə də köklənməyib.
O zaman əgər rəsmi Bakının erkən seçki planı payızda taleyüklü qərarların verilməsinə hazırlıq üçün hesablanıbsa, qazanılan divident sabun köpüyünə çevrilə bilər.
Anaxeber.info yazır ki, hökumət nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmağa hazırlaşır (onsuz da Qoşulmama Hərəkatı sədrliyi bizdədir), nə də 5 rayonun qaytarılması müqabilində Dağlıq Qarabağın ermənilərdə qalmasına...Çünki buna gedilərsə, hakimiyyətə baha başa gələ bilər.
Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar