Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin hökuməti separatçılara milyardlar xərcləyir – Rusiya mediası

28-01-2021, 09:39   


Son 20 ildə Rusiya hakimiyyəti başqa ölkələrdə Moskvaya “dost” rejimlərə və geosiyasi layihələrə dövlət büdcəsindən 609 milyard dollar xərcləyib.
Açıq mənbələrə və Rusiya məmurlarının şərhlərinə əsaslanan “Novaya qazeta” qəzeti yazır ki, trilyon dollara yaxın vəsait isə ofşor hesablara oturdulub.
Qəzet yazır ki, bu pullardan 109 milyard dolları Belarusa yardım üçün ayrılıb.
Bu pulun 100 milyard dolları yanacaq qiymətlərindəki güzəştə, 9 milyard dolları isə dövlət kreditlərinə aiddir.
Bu yaxınlarda Belarus prezidenti Alyaksandr Lukaşenka Vladimir Putini “özünün yeganə dostu” adlandırıb.
“Novaya qazeta” yazır ki, bu dostluğun hər bir ili Rusiya büdcəsinə 5 milyard dollara oturub.
2014-cü il Narıncı inqilabına qədər Ukraynanın moskvayönlü hökumətinə 103 milyard dollar xərclənmişdi.
Qarabağdakı sülhməramlılara nələri etmək qadağandır?


Rusiya separatçılara hər şeyi müftə verir
Məqalədə deyilir ki, daha 32 milyard dollar keçmiş sovet respublikalarının ərazisində tanınmamış separatçı “respublikalara” xərclənib.
Söhbət ilk növbədə Ukraynanın separatçı bölgələrindəki qondarma DXR (Donets Xalq Respublikası), LXR (Luqansk Xalq Respublikası), habelə Gürcüstanın Abxaziya və Cənubi Osetiya və Moldovanın Dnestryanı bölgələrindən gedir.
RusEnergy şirkətinin eksperti Mixail Krutixin deyib ki, bu “respublikalara” demək olar hər şey müftə verilir.
Novaya qazeta yazır ki, Rusiya hökuməti Şimal Axını 2 və Türk Axını kimi enerji layihələrinə 224 milyard dollar xərcləyib.
Qəzetin ekspertləri bildirirlər ki, bu layihələr əsas etibarilə “siyasi motivli” olduqlarına görə öz xərclərini heç vaxt çıxara bilməyəcəklər.
Bu da qeyd olunur ki, bu layihələrə xərclənən pulların bir qismi onları həyata keçirən podratçıların ciblərinə gedib.
Rusiya prezidenti, ənənəvi illik mətbuat konfransındaŞ 19 dekabr 2013


Rusiya SSRİ-nin yerişini yerimək istəyir
Bundan başqa Rusiya son 20 ildə 116 milyard dollarlıq borcları bağışlayıb.
Bunlardan 20 milyard dolları Afrika ölkələrinin Moskvaya olan borcları idi. İranın 12, Şimali Koreyanın isə 11 milyard dollarlıq borcları silinib.
“Novaya qazeta” jurnalistlərinin hesablamasına görə Rusiya hökumətinin son 20 ildə geosiyasətə xərclədiyi pullara 15 min xəstəxana tikilə bilərdi.
Ekspertlərin fikrincə bu pul hər bir rusiyalıya 400 min rubl olmaqla vətəndaşların hesablarına qoyula bilərdi.
“Novaya qazeta” yazır ki, eynən Sovet İttifaqı da ovaxtlar özünü belə aprırdı.
Amma fərq bundadır ki, Putin Rusiyası özünü SSRİ-yə oxşatmağa çalışsa da, neft dollarlarının büdcəyə axını sovet vaxtlarındakı qədər deyil.
Ekspertlər bu fikirdədirlər ki, neft istehlakının “gəlhagəl” vaxtı artıq keçilib və bir də heç vaxt geri qayıtmayacaq.
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar