Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya artıq gözünü Moldovaya dikib? - video

23-04-2022, 08:55   



Ukraynada “xüsusi əməliyyatın” ikinci fazasının hədəfi Rusiyanın cənubuyla Krımı birləşdirməkdir. Rusiyanın Mərkəzi hərbi dairəsinin komandanı vəzifəsini icra edən Rüstəm Minnekayev aprelin 22-də bu haqda danışıb. O əlavə edib ki, Ukraynanın cənubuna nəzarət Rusiya Silahlı qüvvələrinə “rusdilli əhalinin sıxışdırılması hallarının qeydə alındığı”, Moldovanın rusiyayönlü Dnestryanı separatçı bölgəsinə daha bir çıxış verəcək.
Dünən Çeçenistan lideri Kadırov və Müdafiə naziri Şoyqu Mariupolu ələ keçirdiklərini elan ediblər. Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, Mariupolu mühasirədən çıxarmaq üçün mümkün olanı edəcəklər. “Bu, saat məsələsidir, həqiqət budur. Çünki bilmirik, onlar orada neçə saat, yaxud gün dayana biləcəklər. Bizim ordumuza gəlincə, hazırda Rusiya Federasiyasının texnikası bizim işğal olunmuş 120 kilometri yarıb Mariupolu hərbi mühasirədən çıxarmağımıza imkan vermir. Bu həqiqətdir. Bu gün bunu edə bilmirik”. 
Azov komandirinin müavini Svyatoslav Palamar videomüraciətində deyib ki, Azov döyüşçüləri Mariupoldan çıxmağa hazırdırlar, amma əsir düşməyə, ölənləri, yaralıları və silahları şəhərdə buraxmağa razı deyillər.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar