Plitkanın üstündə borş bişənə kimi Aleksandr Quz mənə bütün bədənini almış qançırların telefonundakı şəkilləri göstərir.
Onun sözlərinə görə, bu, Rusiya hərbçılərinin ona verdiyi işgəncələrin izləridir.
“Mənim başıma torba geyindirib, vurur və deyirlər: “Daha səndə böyrək olmayacaq”. BBC işgəncəyə məruz qaldıqlarını israr edən bir neçə Xerson sakininin ifadələrini toplayıb.
Xəbərdarlıq: Bu reportajda sarsıdıcı məqamlar var!
Aleksandr Xerson vilayətinədki kiçik Belozerka kəndində yaşayırdı, kənd şurası deputatlarından biri olub.
Gənc yaşlarında orduda qulluq edib, indi isə öz biznesi vardır. Aleksandr və onun həyat yoldaşı RF ordusuna düşməncəsinə yanaşdıqlarını gizlətməyib: qadın Ukrayna meylli mitinqlərə gedirdi, əri Rusiya qoşunlarını kəndlərinə girməyə yol verməməyə çalışıb. Kəndi ələ keçirdikdən sonra Rusiya əsgərləri onu saxlayıblar.
“Onlar kəndirin bir ucunu boynuma , ikinci ucunu biləklərimə bağladılar”, - Aleksandr xatırlayır. Dindirmə zamanı onu ayaqlarını aralı qoymağa məcbur edirdilər.
“Mən cavab verməyəndə, qasıq hissəmə zərbə endirirdilər. Mən yıxılanda tövşüməyə başlayırdım. Qalxmağa çalışırsan, yenə vururlar. Sonra yenə sual verirlər”.
Rusiya qoşunları Xersonu müharibənin əvvəlində nəzarət altına alıblar. Çox tez bir zamanda Ukrayna telekanalları Rusiya dövlət kanalları ilə əvəz olundu.
Qərb malları əvəzinə Rusiya analoqları meydana gəldi. İlk mənbədən alınan çoxsaylı şəhadətlərə əsasən, şəhərdə və vilayətdə insanların yox olması halları da müşahidə olunmağa başlayıb.
Xersonda baş verənlər haqqında dəqiq təsvir yaratmaq asan deyil. Rusiyanın region üzərində öz nəzarətini sərtləşdirdikcə insanlar yaşadıqları müsibətləri söyləmək qorxusu daha da artır.
Çıxıb getməyə müvəffəq olanlar çox vaxt, Rusiya blok-postlarında saxlanıb yoxlanmaqdan ehtiyatlanaraq, telefonlarından bütün foto və video görüntüləri silirlər.
Aleksandr onları öz telefonundan silməzdən əvvəl bütün öz zədələrinin təsvirlərini xaricdə olan oğluna göndərib.
Odur ki, işgəncələr haqqında məlumatların təsdiqlənməsi üçün işgəncələrə məruz qaldığını israr edən bir neçə adamla danışmaq lazımdır.
Onlardan biri – keçmişdə Xerson vilayətində müstəqil qəzet jurnalisti olan Oleq Baturindir.
O, Rusiya qoşunlarının müdaxiləsindən bir neçə gün sonra oğurlandığını iddia edir.
“Onlar “Diz çökmək!” - qışqırırdı, - Oleq Baturin söyləyir. – Üzümü örtdülər... və qollarımı arxama çəkdilər. Onlar mənim kürəyimə, qabırğalarıma və ayaqlarıma avtomat qundağı ilə zərbələr endirirdi”.
Ancaq sonradan, həkimə baş çəkdikdən sonra Oleq dörd qabırğasının sındırıldığını anlayıb.
O, səkkiz gün dustaqlıqda qaldığını deyir. O deyir ki, bu zaman işgəncəyə məruz qalan başqa dustaqların səslərini eşidib və bir gəncin səhnələşdirilmiş edamının şahidi olduğunu bildirir.
Hazırda həm Aleksandr, həm Oleq Ukraynanın nəzarətində olan ərazidə yerləşirlər. BBC-yə təqdim etdikləri şəkillər, onların sözlərinə görə, polis protokollarından götürülüb.
Adının açıqlanmasını istəməyən, lakin xəstəxana vəsiqəsindəki şəklini mənə təqdim edən Xerson xəstəxanasının həkimi ilə söhbət etmişəm.
“Cismani şikəstlik izləri olub”, - deyə o, hematoma, kəsərti yaraları, elektrik cərəyanla yetirilən zədələr, qollar üzərində kəndir və boyunda boğmaq cəhdi izlərini sadalayıb.
O, insanların əlləri və ayaqlarında yanıq yerləri gördüyünü israr edir, bir pasiyent isə deyib ki, onu içinə qum doldurulmuş şlanqla döyüblər.
“Cinsi orqanları üzərində yanıq izləri, zorlanmaya məruz qalmış qızın başında güllə yarası və qarın və belində ütü ilə yetirilmiş yanıq yaraları.
Pasiyentin özü isə söyləyib ki, yalın ayaqları ilə yaş əski üzərində dayandırıb, akkumulyatordan onun qasığına iki məftil birləşdiribmişlər”, - həkim ərz edib.
Xersonda bəziləri qorxurlar ki, tezliklə növbə onların yaxınlarına da çatar.
Viktoriya (adı dəyişilib) valideynlərinin hələ də Xersonda olmasından ehtiyatlanır.
Onun atası əvvəllər Ukrayna ərazi müdafiəsində xidmət edib, və bir dəfə onu artıq oğurlayıb döyüblər, Viktoriya deyir.
“Onlar onu çöldə, düzənlikdə atıblar. Evə qayıdanda o, bir neçə dəqiqədən sonra ağlamağa başlayıb, hərçənd sentimental adam deyil.
Mən ona kömək etməyə çalışırdım, ancaq özümü balaca qız hiss edirdim”, - o deyir. İndi Viktoriya bunun təkrarlana biləcəyindən ehtiyatlanır. BBC Xersonda baş verənləri araşdıran yeganə təşkilat deyil.
Ukraynada insan hüquqları üzrə BMT Monitorinq missiyası da, Human Rights Watch hüquq müdafiə təşkilatı da BBC-yə bildiriblər ki, onlar da işgəncələr və insanların yox olması haqqında məlumatlardan narahatdırlar.
Human Rights Watch təşkilatından Belkis Wille deyir ki, BBC tərəfindən toplanmış ifadələr tamamilə onların araşdırmalarına uyğundur.
O, Rusiya qüvvələrinin işğal etdiyi rayonlarda müəyyən dərəcədə “yerli mülki əhalinin tədhiş edilməsi və əsassız həbslər kimi tədbirlərin, zorakı yox olmaları və işgəncələrin” davam etməsindən narahatdır. “Söhbət potensial hərbi cinayətlərdən gedir”, - o əlavə edib.
BBC-nin şərh üçün sorğusuna Rusiya Müdafiə Nazirliyi cavab verməyib.
Daha əvvəl Kremlin mətbuat katibi bəyan edib ki, Buçada hərbi cinayətlər ittihamı – “aşkar feykdir, ən qanqaraldıcıları isə, ekspertlərimizin tam əsaslı sübut etdiyi kimi, səhnələşdirilmiş tamaşa üçün yararlıdır”.
Xersonda konkret nə baş verdiyini praktik olaraq kənardan müəyyən etmək mümkün deyil, lakin yeni-yeni dəlillər əldə edildikcə dəhşət, qorxutma, zorakılıq və repressiyalar mənzərəsi təsvir olunur.
Viktoriya valideynlərini köçürtməyə çalışır. “Hazırda Xersonda həmişə insanlar yox olur, - o, mənə deyir. – Müharibə davam edir, yalnız göydən bombalar düşmür”.
Carolyn Davies BBC,
Odessa