Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın fəaliyyəti heç bir şəkildə Qarabağın Əsgəran rayonunun Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yerləşən kəndi ətrafındakı vəziyyətlə bağlı deyil.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Eyni zamanda, gözləyirik ki, sistemli iş Bakı ilə İrəvan arasında etimadın artırılmasına və həm Ermənistan-Azərbaycan sərhədində, həm də Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında insidentlərin qarşısını almağa kömək edəcək. Moskva yaxın vaxtlarda komissiyanın iclasını keçirməyə hazırdır. Hazırda Rusiya Ermənistan və Azərbaycandan olan həmkarlarından tarixlərlə bağlı təkliflər gözləyir”, - Zaxarova bildirib.