Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tonoyanın yanında oturan kimdir: Azərbaycan sərhədçisi, yoxsa Suriya terrorçusu?

25-10-2020, 23:20   


Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz “feysbuk” səhifəsində müdafiə naziri David Tonoyanın hərbçilərlə görüşünün fotosunu yayıb.
Virtualaz.org bildirir ki, fotoda Tonoyanın yanında erməni hərbçilər əyləşib. Lakin diqqət çəkən məqam iki hərbçinin Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim formasında olmasıdır.
Bir müddət sonra Şuşan Stpenayan fotonu sosial şəbəkədəki səhifəsindən silib.
Qeyd edək ki, Ermənistan tərəfi iddia edir ki, guya Azərbaycan Ordusunda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim formasında Suriyadan gələn terrorçular döyüşür. Görünən odur ki, əsl terrorçular elə məhz Tonoyanın yanında əyləşiblər.

Fotoda izləyicilərin diqqətini çəkən digər məqam nazirin uzunboğaz çəkmədə, əsgərlərin isə ayaqyalın olmasıdır. Bu da Ermənistan ordusunun təchizatının hansı səviyyədə olmasından xəbər verir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar