Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan ordusunun artıq məhv etdiyi silahlara görə Ovanisyanla Sərkisyan “atışmağa” başladı KİM DAHA ÇOX SİLAH ALMIŞDI-PAŞİNYAN, YOXSA SƏRKİSYAN?

6-11-2020, 12:59   


Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arsurun Ovanisyanla keçmiş prezident Serj Sərkisyan arasında publik məkanda “atışma” başlayıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb Ovanisyanın dünən Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədir. Həmin müsahibədə Ovanisyan demişdi ki, Ermənistan əslində son iki ildə, Paşinyanın hakimiyyətə gəlməsindən sonra Rusiyadan daha çox və daha müasir silahlar alıb, nəinki əvvəlki hakimiyyətlərin dövründə.
Həmin açıqlamaya Serj Sərkisyan özü cavab verməsə də onun ofisi açıqlamaya yayıb: “Ovanisyan ya rəqəmlərlə tanış deyil, ya qəsdən reallığı təhrif edir. Onun danışdıqlarının reallıqla heç bir əlaqəsi yoxdur, amma ölkə müharibə vəziyyətində olduğuna görə, düşmənin Şuşanın qapısı ağzına çatdığı bir vaxtda Respublika partiyası indiki vəziyyətə görə günahkarlar axtarmağı yersiz hesab edir. Lakin biz müharibədən sonra bu mövzuya qayıdacağıq”.

Öz növbəsində Ovanisyan Serj Sərkisyana Facebook üzərindən cavab verib. O, Ermənistan ordusunun 2012-2018 və 2018-2020-ci illərdə hansı silahlar aldığı barədə bu dəfə konkret rəqəmlərlə bəhs edib. Məsələn, o bildirir ki, 2012-2018-ci illərdə yeni rabitə vasitələri və radiostansiyalar alınıb, amma son iki ildə bunlardan üç dəfə çox alınıb.
2012-2018-ci illərdə məhdud sayda tank əleyhinə vasitələr, məsələn, “Kornet” raket kompleksləri alınıb. Son iki ildə isə bu komplekslərdən beş dəfə çox alınıb. 2012-2018-ci illərdə “Smerç” reaktiv yaylım atəşi kompleksləri alınıb, amma son iki ildə onların sayı artırılıb, döyüş sursatları da dəfələrlə artıb. 2012-2018-ci illərdə Ermənistana yeni nəsil ballistik raketlər verilib, amma son iki ildə Ermənistan dördüncü nəsil Su-30SM qırıcıları alıb.
2012-2018-ci illərdə Ermənistana az sayda hava hücumundan müdafiə sistemləri alıb. Son iki ildə isə onların sayı üçqat artırılıb, o cümlədən ən yaxşı hava hücumundan müdafiə sistemlərindən olan “Tor-M” alınıb. 2012-2018-ci illərdə Ermənistan məhdud sayda yeni nəsil radioelektron mübarizə qurğuları alıb, amma onlar işləməyib və xarab çıxıb. Bu qurğuları 2020-ci ildə təmir etdirmək mümkün olub. Və onlara dəfələrlə çox sayda daha güclü və daha müasir radioelektron mübarizə qurğuları əlavə edilib.
2012-2018-ci illərdə Ermənistana məhdud sayda PUA idxal edilib, amma son iki ildə onların sayı 5 dəfə artırılıb. Habelə Ovanisyan bildirir ki, Paşinyan hakimiyyətə gələndən sonra aviasiyanın yenidən silahlandırılmasına dair məxfi müqavilə  bağlanıb, TOS-1A “Solntsepyok” ağır odsaçanları alınıb və s.

“Hələlik bu qədər. Amma bunlar hamısı deyil, sadəcə özümü saxlayıram, mən daha çox informasiya kütləsinə malikəm”,-o bildirib.
Qeyd edək ki, Arsusun Ovanisyan Serj Sərkisyanın dövründə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri idi.
Onun bəhs etdiyi, həm Sərkisyanın, həm Paşinyanın dövründə alınan hərbi texnikanın, o cümlədən hava hücumundan müdafiə sistemlərinin, radioelektron mübarizə qurğularının, “Smerç” reaktiv yaylım atəşi sistemlərinin və digərlərinin böyük əksəriyyəti sentyabrın 27-dən bu yana gedən döyüş əməliyyatlarının gedişində ordumuz tərəfindən məhv edilib.
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar