Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasının yeni görüntüləri

25-11-2020, 12:05   


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 9 noyabr üçtərəfli razılaşması əsasında Ermənistan işğalçı qüvvələri və qanunsuz olaraq rayonda məskunlaşmış mülki işğalçılar noyabrın 24-də Kəlbəcəri tamamilə tərk edib. Gecə saat 00.00-dan etibarən ordumuzun bölmələri Kəlbəcərə daxil olmağa başlayıb. Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcər rayonuna daxil olmasının yeni videogörüntülərini yayıb.
Virtualaz.org həmin görüntüləri təqdim edir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar