Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İran İraqa qoşun yeritdi

17-08-2014, 15:15   
İran İraqa qoşun yeritdiİŞİD-in İraqın şiə bölgələrinə üz tutması İranı hərəkətə gətirib.

Axar.az xəbər verir ki, İran şiə bölgələrini terrorçulardan mühafizə etmək üçün sözügedən ərazilərə qoşun yeridib.

ABŞ və İraq ordusunun birgə əməliyyatlarından sonra kürd bölgələrindən sıxışdırılıb çıxarılan terrorçular İraqın şiələr və türkmanlar yaşadığı ərazilərə üz tutduğundan İran bu gecə sübh çağı rəsmi olaraq İraqın Hanəkin vilayətinə qoşun yeridib.

Bölgəyə zirehli qoşun birləşmələri göndərən İran rəsmiləri bu addımın şiə əhalisinin təhlükəsizliyini təmin edilməsi üçün atıldığını bildirib.

Xatırladaq ki, 81-ci ordu ilə İraqa girən İran silahlı qüvvələri İŞİD-ə qarşı mübarizə üçün İraqa 130 pilotunu göndərmişdi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar