Ana səhifə

Bəlanın dünyaya həmin laboratoriyadan yayıldığı tam təsdiqlənir - “SIFIR” PASİYENT KİM İDİ...

    Tarix: 17-04-2020 06:17   

 

Çinin Vuhan şəhərində ötən ilin dekabrında peyda olan və sürətlə dünyaya yayılan ölümcül koronavirusun mənşəyi ilə bağlı maraqlı mülahizələr ortaya çıxıb. Bu infeksiyaya yoluxan ilk şəxsin xəstəliyin episentrinə çevrilən Çinin Vuhan şəhərindəki laboratoriyalardan birində çalışdığı məlum olub.

Virtualaz.org xəbər verir ki, bu barədə “Fox News” Çin hakimiyyət orqanlarının qərarları ilə tanış olan və müvafiq sənədləri görən bir neçə mənbəyə istinadən məlumat yayıb.

“Fox News”a danışan mənbələr bildiriblər ki, infeksiya ilk dəfə yarasalardan insana ötürülüb və daha sonra Vuhandakı digər insanlara yayılıb. Eyni zamanda, məqalədə qeyd olunur ki, virus laboratoriyada bioloji silah kimi deyil, virusların aşkarlanması və onlarla mübarizə aparmaq istiqamətində ABŞ-ı üstələmək cəhdləri nəticəsində ortaya çıxıb. 

Əvvəlcə virusun mənbəyi kimi dəniz məhsulları bazarı qeyd olunurdu. Dekabr ayında koronavirusa yoluxduğu təsdiqlənən ilk şəxsinin orada xərçəng satan bir qadının olduğu iddia edildi.  Lakin “Fox News” qeyd edir ki, orada heç vaxt yarasa satılmayıb və infeksiyanın yayılmasını bazarın üstünə atmaq laboratoriyanın işini ört-basdır etmək üçün lazım idi.


Eyni zamanda, məqalədə vurğulanır ki, Çin "yüz faiz" koronavirus infeksiyası ilə bağlı məlumatları gizlədib və ya dəyişdirib. Çüni, virusun inkişafı barədə xəbərdarlıq edən həkimlər və jurnalistlər "yoxa çıxıblar".  Bundan əlavə, Çin tez bir zamanda Vuhandan digər ölkələrə səyahətləri dayandırıb, ancaq Vuhandan beynəlxalq reysləri dayandırmayıb. İddia olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əvvəldən Çin rəhbərliyinin izləri itirmələrinə kömək edib. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi isə virusun laboratoriya mənşəli olması ilə bağlı məlumatın əsassız olduğunu söyləyib və əlavə edib ki, hazırda mütəxəssislər bu məsələni araşdırırlar.

Bu ərəfədə ABŞ prezidenti ÜST-ün korobavirusla bağlı məlumatları gizlətdiyini əsas gətirərək təşkilatın maliyyələşdirilməsini dayandırdığını açıqlayıb.  Keçmiş “MI6” İngiltərə kəşfiyyat idarəsinin başçısı Con Soers də Çin hakimiyyətini xəstəliyin miqyası haqqında məlumatları dünyadan gizlətməkdə ittiham edib: "Məlum olduğu kimi, virus Vuhanda ortaya çıxıb. Biz Vuhan Virusologiya İnstitutunun dəniz məhsulları bazarının yerləşdiyi yerdən bir neçə mil məsafədə olduğunu bilirik"- deyən dövlət katibi Mayk Pompeo “Fox News”a Çin hökumətindən virusun necə yaranması və yayılması ilə bağlı həqiqətləri ortaya qoymağı tələb edib.

"Reuters" xəbər verir ki, ABŞ prezidenti Donald Tramp virusun mənşəyi ilə bağlı Çin prezidenti Si Tszinpin ilə müzakirə aparıb-aparmadığı ilə bağlı suala cavab olaraq ”indi bunun yeri deyil" deyib və əlavə edib ki, hazırda bu dəhşətli vəziyyət çox diqqətlə öyrənilir. 

Almaniyanın “Die Welt” nəşri isə yazır ki,  insanın yeni növ koronavirusa necə yoluxa biləcəyi ilə bağlı hələ yekun nəticələr mövcud deyil. Eyni zamanda, məqalədə qeyd olunur ki, mart ayının ortalarında İsveç mikrobioloq və professoru Kristian Andersenin komandasından olan tədqiqatçılar yeni virusun insan hüceyrələrinə xüsusilə asanlıqla təsir edə biləcəyini aşkar ediblər.  Onlar qeyd edirlər ki, koronavirus süni şəkildə yaradılmış bioloji silah kimi də gözlənilən qədər optimal şəkildə hazırlanmayıb. Bundan əlavə, niyə yeni növ koronavirusun MERS və ya SARS kimi çoxdan məlum olan viruslardan deyil, insanlar üçün zərərsiz olan virusdan hazırlanması da müəmmalıdır. Buna görə, elm adamları laboratoriyada virusun inkişafına dair senarini mümkünsüz hesab edir və virusun yalnız insanlara ya birbaşa yarasalardan, ya da ev heyvanı vasitəsilə təbii ötürülməsi variantını nəzərdən keçirirlər.

Britaniyanın “Daily Mail” nəşri də Çində ən qabaqcıl laboratoriyası Viroloji İnstitutun Vuhan şəhərində olduğunu qeyd edir.  2018-ci ildə “People's Daily” dövlət qəzetində dərc olunan bir məqalədə institutun Ebola virusu kimi "yüksək patogen mikroorqanizmlər üzərində təcrübə aparmağa qadir olduğu” yazılıb. İnstitutda çalışan alimlər ilk dəfə olaraq virus genlərinin yarasalarda çox rast gəlinən virus genlərinə bənzər olduğu ideyasını irəli sürüblər.

Şəhərdə yerləşən ikinci institutun - bazardan cəmi üç mil məsafədə yerləşən Vuhan Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin də koronavirusa yoluxmanı öyrənmək üçün heyvanlar üzərində təcrübələr keçirdiyi ehtimal edilir. 

Cənubi Çin Texnologiya Universiteti tərəfindən edilən bir araşdırmada bu nəticəyə gəlinir ki, COVID-19 Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzindən sızıb. Baxmayaraq ki, araşdırma dərc edildikdən qısa müddət sonra bu məqalə elm adamları və tədqiqatçılar üçün sosial şəbəkədən çıxarılıb. Yanvar ayında vəhşi təbiət bazarı bağlandıqda “Beijing News” ilk yoluxmuş şəxsin Virusologiya İnstitutunun tədqiqatçısı Xuan Yanling olduğunu bildirmişdi. Lakin institutdan bu xəbəri təkzib edərək yalan xəbər adlandırmışdılar. Xuanın 2015-ci ildə institutu tərk etdiyi, sağlamlığının yerində olduğu və COVID-19 diaqnozu qoyulmadığı bildirilmişdi.

Məqalə müəllifləri xatırladır ki, Çin laboratoriyasından daha əvvəl - 2004-cü ildə də bu cür sızma olmuşdu və nəticədə kəskin tənəffüs çatışmazlığına səbəb olan SARS-ın yayılmasına səbəb olmuş, bir nəfərin ölümü və 9 nəfərin yoluxması ilə nəticələnmişdi. Çin hökuməti sızıntının səhlənkarlıq nəticəsində meydana çıxdığını söyləyib və Çin Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin 5 yüksək vəzifəli şəxsi cəzalandırılmışdı.

G.Əliyeva

Virtualaz.org

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net