Ana səhifə

190 manatlıq tapmaca - Cavabını tapana 190 manat birdəfəlik yardım veriləcək

    Tarix: 29-04-2020 12:05   



ADR sədri, ıqtisadçı alim Qubad Ibadoğlu

Bildiyiniz kimi, 190 manat birdəfəlik yardım 18 yaşınadək uşaqlar, sahibkarlara, muzdlu işçilərə, aylıq müavinət alanlara, ünvanlı sosial yardım alanlara, sahibkarlara, torpaq payı olanlara, subsidiya alanlara, məcburi köçkünlərə, hərbiçilərə, məhbuslara tələbələrə, pensiyaçılara verilmir. Bəs, belə olanda bu yarım kimlərə verilir? Onun verildiyi iddia olunan 600 min işsiz hardan tapılıb? Suallar budur, cavabını düzgün tapana 190 manat birdəfəlik yardım ediləcək. Buyurun, hesablayın.
Azərbaycanda 190 manatı almağa uyğun gəlməyən:

2 239 100 yaşı 15-dən az olan uşaqlar;
1 700 000 kənd təsərrüfatında çalışanlar;
1 570 000 muzdlu işçilər;
1 277 800 pensiyaçılar;
972 000 fərdi və kiçik sahibkarlar;
620 000 əlilliyi olan şəxslər;
496 557 çörək pulu alan məcburi köçkünlər;
400 400 sosial müavinət alanlar;
374 500 hərbiçilər;
340 000 ünvanlı sosial yardım alanlar;
295 700 prezident təqadçüsü olanlar;
176 723 tələbələr;
48 978 Qarabağ müharibəsi iştirakçısıları;
21 800 məhbuslar.

Cəmi: 10 237 858 nəfər.
Ölkə əhalisinin sayı: 10 060 194 nəfər.
Fərq: – 177 664 nəfər.

Beləliklə ölkə əhalisi birdəfəlik yardıma uyğun gəlməyənlərdən 177 664 nəfər azdır. Düzdür, bu siyahıda olan 1 nəfər eyni zamanda başqa kateqoriyaya da uyğun gələ bilər. Amma onların sayı milyonlarla deyil, çox olsa on minlərlədir. Hələ mən siyahıya avtomobili və ya əmlakı olanları daxil etmədim. Bildiyiniz kimi onlara da birdəfəlik yardım verilmir.
Göründüyü kimi, bu siyahıda göstərir ki, tətbiq edilən məhdudlaşdırıcı normalar birdəfəlik ödənişlə bağlı manipulyasiya imkanlarını çoxaldıb.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net