Ana səhifə

“Bill Qeyts dünyanı qorxudur ki, öz vaksinlərini satsın…” – Amerikalı alim ŞOK FAKTLAR AÇIQLADI

    Tarix: 01-05-2020 09:43   
 

“Onun sponsoru olduğu London kolleci 2005-ci ildə quş qripindən 200 mİlyon insanın öləcəyini “proqnozlaşdırmışdı”…”
“İndi bir sıra laboratoriyaların  çox hallarda bir şəxsin başqa xəstəliyi olduğu halda koronavirus üçün Qərb testlərinin “müsbət” nəticə göstərdiyini bəyan etməsi də maraq doğurur…”  
Amerikanın  məşhur Prinston Universitetinin siyasi elmlər üzrə fəlsəfə doktoru Villiam Endqal yeni bir məqaləsində Bill Qeyts və onun dırnaqarası tədqiqat mərkəzlərinin fəaliyyətini sərt tənqid edib.
Amerika alimi yazır:
“Fakt budur ki, Bill və Melinda Qeytslər çox həvəsli insanlardır. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatını iki nəfər olaraq idarə edir və bir çox araşdırmalara sponsorluq edirlər. Maraqlıdır ki, bu tədqiqatlar əsasən dünya əhalisini müxtəlif xəstəliklərlə qorxutmaq məqsədi daşıyır. Belə ki, Britaniya  B.Qeytsin maliyyələşdirdiyi London Imperial Collecindən aldığı məlumatlara əsasən karantin tətbiq edib.
Xatırladaq ki, 2002-ci ildə bu kollec quduzluqdan – 150 min, 2005-ci ildə quş qripindən – 200 milyon, 2009-cu ildə donuz qripindən – 65 min insanın ölümünü proqnozlaşdırmışdı. Xeyr, əlbəttə ki, Allaha şükür ki,  bu kəhanətlərin heç biri gerçəkləşmədi, amma səriştənin olduğu göz qabağındadır. Daha doğrusu, onun olmaması…”
V.Endqalın məqaləsində daha sonra deyilir:
“Koronavirusa gəldikdə, Qeyts kolleci yalnız Britaniyada 500 min insanın ölümünü  vəd edib.
Təsəvvür edin, insanlar bu məlumatdan qorxduqda nə edə bilərlər?!. Ümumiyyətlə, planet üzrə insan psixikasında bir növ sosial eksperiment aparıldığı hiss olunur.
İndi bir sıra laboratoriyaların  çox hallarda bir şəxsin başqa  xəstələliyi olduğu halda koronavirus üçün Qərb testlərinin “müsbət” nəticə göstərdiyini bəyan etməsi də maraq doğurur.
Qərbdə  korona vaksinlərinin satışından əsas qazanc əldə edənin kim olacağını da söyləməyə ehtiyac yoxdur…”-  Prinston Universitetinin doktoru belə deyir. (moderator.az)
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net