Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Türkiyə hərbçiləri olmasa, Moskva Dağlıq Qarabağda bildiyini edəcək

16-11-2020, 13:55   


Bu gün Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib. Hazırda qanunun müzakirələri aparılır.

Demokrat.az xəbər veriri ki, politoloq Elxan Şahinoğlunun fikrincə, Azərbaycanda Türkiyə ordusu olmasa, Rusiya Dağlıq Qarabağda bildiyini edəcək:

"Rus hərbçilərinin Dağlıq Qarabağa qəfil gəlişləri və separatçılarla əlaqələrini genişləndirmələri rahatlığımızı pozub, kiminlə söhbət edirəmsə hamı eyni sualı verir: “Niyə belə oldu?”. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyib Ərdoğan Azərbaycana hərbi kontingentin göndərilməsi ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib. Bu qanunun icrasını sürətləndirmək lazımdır. Əks halda Moskva Dağlıq Qarabağda bildiyini edəcək. İllərdir deyirdim və yazırdım ki, Türkiyənin Azərbaycanda hərbi bazalarının olması vacibdir. Rusiya öz qarşısında ondan çəkinməyən güc görməlidir. Ruslar tarixən ondan zəifi əzməyə çalışıblar, yalnız qarşılarında ondan çəkinməyən güc gördükdə iştahlarını azaldıblar. Bu güc Türkiyədir!"
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar