Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Səlim Müslümovdan 100 avtomobil hədiyyəsi

23-04-2014, 13:35   

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbədə dayanan Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha 100 nəfərinə “Naz-Lifan” markalı minik avtomobillərini təqdim edib. Bununla son 3 həftədə minik avtomobili ilə təmin olunan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin sayı 300 nəfərə çatıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, indiyədək 4 min 106 nəfər əlilliyi olan şəxsə minik avtomobilləri verilib. Növbəyə duran şəxslərin nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilmiş siyahı üzrə pulsuz xüsusi avtonəqliyyatla təmin edilməsi bundan sonra da davam etdiriləcək. May ayının sonuna kimi daha 375 nəfər əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təmin olunması planlaşdırılır. Eyni zamanda, növbədə olan Böyük Vətən müharibəsi və Çernobıl əlillərinin, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların da yaxın dövrdə xüsusi avtonəqliyyatla tam təminatı üçün müvafiq tədbirlər görüləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar