Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qadın niyə xəyanət edir?

23-04-2014, 14:54   
Qadın niyə xəyanət edir?
Münasibətlərdə aldatma anlayışı ortaya çıxandan yaxın zamanlara qədər bunun günahının kişilərdə olduğu bildirilirdi.
İngiltərədə evlilik bürolarından birinin araşdırması nəticəsində 3000 qadından 20 faizi ərini aldatdığını etiraf edib.
Qadınların aldatmasının səbəblərini araşdıran ekspertlərin fikrincə, bunun kökündə intiqam hiss durur. Beləki, qadın istəməsə də onu başqasına dəyişən ərinə eyni hissləri yaşatmaq üçün ona xəyanət edir.
Cinsi münasibətlər üzrə ekspert Rut Hyuston bildirib ki, qadınların ərləri ilə problemləri olanda öncə bunu danışmaq istəyirlər: "Kişi qadını saymayıb, problemini görmürsə, qadın da çıxış yolu olaraq ərini aldadır. Əgər kişi yetərincə özünə yaxşı baxmırsa, qadının istəklərinə önəm vermirsə, o da fiziki olaraq başqa bir kişini öz həyatına qata bilər".
Sekspatoloqlar heç vaxt mübahisə etməyən cütlüklərin bir-birini aldatma nisbətinin, mübahisə edənlərlə müqayisədə daha çox olduğunu bildirirlər.
Araşdırma zamanı belə qənaətə gəlinib ki, 20-30 yaşları arasında qadınlar seks həyatlarında boşluq hiss etdikləri zaman axtarışlara baş vururlar. Alimlərin fikrincə qadının ərindən hər gün eşitdiyi: “Yemək hazırdır?”, “Yatım, tezdən işə getməliyəm”, “Nə deyim, özün bilirsən ki, səni çox istəyirəm” kimi sözləri, kişilərə isə xanımı tərəfindən: “Sən yat, mən paltarları yumalıyam”, “Köynəklərin hazırdı”, “Uşaqların əlindən bezmişəm“-deyə eşitdikləri cümlələr onları xəyanətə daha da yaxınlaşdırır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar