Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Yaxın günlərdə 190 manat verilməyə başlanacaq" - Nazir

7-08-2020, 13:23   



Bir həftə, uzağı 10 gün ərzində avqust ayına görə 190 manat yardımlar verilməyə başlanacaq.
Musavat.com xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında bildirib.
Jurnalistlərin suallarını cavablandıran nazirin sözlərinə görə, 190 manatlıq ödənişin əsas kriteriyaları o idi ki, işsiz şəxslər və gəlirini itirənlərə dəstək verilsin: "Lakin bu kriteriyalara uyğun gəlməyən və aztəminatlı olduğunu bildirən şəxslərlə bağlı ictimai işlər proqramı yaradıldı. Bunlar ancaq silib-süpürmək işləri deyildi. Biz demirik ki, yüksək ixtisaslı, peşəkar şəxslər ictimai işlərə cəlb olunsun".
Nazir bildirib ki, son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insan şikayət edib: "Onlara minimum əmək haqqı ilə işlər təklif etdik, amma heç 1 faizi də buna razılaşmadı. Həqiqətən, aztəminatlı olan və 190 manata ehtiyacı olan şəxs nəyə görə aylıq 250 manatlıq maaşla iş istəməsin ki?"
Emil Salamoğlu,
Musavat.com
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar