Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Paşinyanı danışıqlardan çəkindirən 2 səbəb: Uduzduğu müharibəni niyə davam etdirir?

22-10-2020, 14:46   


Paşinyanı danışıqlardan çəkindirən 2 səbəb: Uduzduğu müharibəni niyə davam etdirir?

Ermənistan Baş naziri Nikol Paşinyanın dünən xalqı silahlanmağa çağırması, bir daha “Qarabağsız Ermənistan yoxdur” deməsi və hazırkı mərhələdə sülh danışıqlarının mümkünsüzlüyünü bildirməsi münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını aydın şəkildə göstərdi.
Görünən odur ki, işğalçı Ermənistan təcavüzkar siyasətini davam etdirməkdən əl çəkmir. Artıq dünya ictimaiyyəti də bunun fərqindədir.
Azərbaycan ordusunun uğurlu əməliyyatları, torpaqlarımızı kəndbəkənd, şəhərbəşəhər işğaldan azad edilməsi fonunda Paşinyanın bu mövqeyi erməni xislətindən xəbər verir.
Baş nazir Ermənistanın hesabına olsa belə, ilk günlərdən məğlub olduğunu müharibəni davam etdirir. Paşinyan məğlubiyyətini etiraf etmək istəməsə də, bu reallıqdır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında Paşinyanın danışıqlardan imtinasının səbəblərini açıqlayıb:
“Hazırda danışıqlar bizim də maraqlarımıza uyğun deyil. Biz məsələni hərb yolu ilə həll edib, sonra danışıqlara getməliyik ki, şərtləri diktə edək. Paşinyanın xalqa müraciət edərək mümkün olan halda silahlanmalarını istəməsi əslində acı etirafdır. Bu, ondan xəbər verir ki, artıq Ermənistanın resursları tükənib, qocaları da döyüşə göndərirlər. Paşinyanın bu addımı həm də hiyləgər gediş idi. Paşinyan uduzduğu üçün məsuliyyəti tək öz boynuna götürmək istəmir. Bu məsuliyyəti xalqla, siyasi partiyalarla bölüşməyə çalışır. Yəni sonra deyəcək ki, mən əlimdən gələni etdim, hər kəsə dedi, indi nə edim?”
Ekspert bildirib ki, artıq beynəlxalq aləm də danışıqlardan kimin imtina etdiyini görməlidir:
“Əslində Paşinyanın bu cür açıqlamaları bizim əlimizi gücləndirir. Paşinyan danışıqlara həm də ona görə getmək istəmir ki, bizim azad etdiyimiz rayonları qəbul etmək məcburiyyətində qalacaq. Bunu isə erməni cəmiyyətinə izah edə bilməyəcək. Belə baxanda, danışıqlar onun da maraqlarına xidmət etmir. Amma Paşinyanın müharibəni davam etdirməsi onun daha böyük faciələrinə səbəb olacaq”.
Əli Bədir
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar