Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hadrut uğrunda savaşan əsgərimizin ”Mercedes” arzusu REALLAŞDI – FOTO

24-10-2020, 13:21   


 
Hadrut yollarında “Saxla o Mercedesi götürüm, o mənim xəyalım olub həmişə” deyən hərbçimizə eyni markalı avtomobil hədiyyə olunub.
Azərbaycanlı iş adamı Fərid Novruzi tərəfindən iki qapılı Mersedes markalı avtomobil alınaraq əskərimizin arzusu geçəkləşdirilib.
Bu barədə iş adamı şəxsi ”Facebook” səhifəsində məlumat verib.

”Əziz dostlar, Sözümüz sözdür! Hadrut uğrunda döyüşən əsgər qardaşımın xəyal etdiyi, iki qapılı Mersedes markalı maşını Allahın lütfü ilə aldım. Əslində, sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş b[lgəsindədir və fikrini yayındırmayaq. Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ salim evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Amin!
Fərid Növruzi qeyd edib ki, maşının nömrəsi də Xocavənd rayonunun avtomobil seriyasındadır.



/Metbuat.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar