Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Ordumuz cəbhənin bütün istiqamətlərində düşməni mövqelərindən sıxışdırır...” ERMƏNİ TƏRƏFİNİN İDDİASINA CAVAB

3-11-2020, 12:24   


 
Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyi” döyüş əməliyyatlarının gedişinə dair bu gün səhər saatlarında açıqladığı növbəti məlumatda cəbhənin şərq istiqamətində “taktiki nöqteyi-nəzərdən geri çəkildiklərini” açıqlayıb. Eyni zamanda iddia edib ki, cənub istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun həmləsinin qarşısı alınıb və əvvəlki mövqeyinə geri oturdulub.
Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı açıqlamasında isə deyilir ki, ordumuz cəbhə xəttinin bu və ya digər istiqamətində tutduğu mövqeləri qoruyur və heç bir geri çəkilmədən söhbət getmir. Əksinə, bütün istiqamətlərdə irəliləmə var və düşmən geri çəkilməyə məcbur edilir.
"Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir. Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır", - məlumatda bildirilir.
/virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar