Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Prezident İlham Əliyev müharibə dövründə müxalifətin hərəkətindən razı qaldığını bildirib

11-11-2020, 09:02   


“Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər”, - prezident İlham Əliyev noyabrın 10-na keçən gecə xalqa müraciətində deyib. 
Bununla da o, uzun illər sistemli və sərt tənqid etdiyi siyasi opponentlərinin fəaliyyətinə ilk dəfə yüksək qiymət verib.
““Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir”, - o deyib.



İ.Əliyev qeyd edib ki,  döyüş əməliyyatları başladıqdan sonra rəsmi Bakıya çoxsaylı təzyiqlər olub. Lakin geri çəkilmədi. Milli barış və birlik bu təzyiqlərin öhdəsindən gəlməyə imkan verib.
“Gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamlar yəqin ki, açıqlanyacaq”, - o vurğulayıb. -02D-
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar