Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Koronavirus daha sürətlə yoluxur - dünya kütləvi immunitetə gedir?

1-12-2020, 09:07   


Professor: “Əgər bu formada davam edəcəksə, dünyada COVİD-19-a qarşı kütləvi immunitet formalaşacaq və virus...”

Dünya artıq bir ilə yaxındır ki, COVİD-19 virusu ilə mübarizə aparır. İri ölkələrdən tutmuş, inkişaf etməkdə olan dövlətlərə qədər zaman-zaman sərt karantin rejimləri tətbiq edilib. Lakin virusun  yayılmasının qarşısını almaq mümkün olmayıb. Ziqzaqvari şəkildə yoluxma davam edir.
Dünyadakı statistikaya nəzər saldıqda isə görürük ki, koronavirusa yoluxmanın ən pik həddi son iki ayın payına düşür. Həm Azərbaycanda, həm də dünyada son günlər koronavirusa yoluxanlar, bu virusdan ölənlərin sayında ciddi şəkildə artım var.
Biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların ümumi sayı 63 milyon 137 min 564 nəfərdir.
Ölənlərin sayı isə 1 milyon 466 min 309 nəfərə çatıb. Son 24 saatda dünyada koronavirusa 502 min 250 nəfər yoluxub, 7 min 304 nəfər isə dünyasını dəyişib. Bu, ötən günlərlə müqayisədə bir qədər azalmanı göstərsə də, aprel ayı ilə müqayisədə 3 dəfəyə yaxın artım deməkdir.
Vəziyyətin təhlili göstərir ki, son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45,000 nəfəri ötüb. Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı 90,000 nəfərə çatacaq. Bu isə milli səhiyyə sisteminin imkanlarından yuxarıdır.
Pandemiyanın başa çatacağı ilk ölkə açıqlandı | Hokm.Az
Mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edəcək.
Yay ayları ilə müqayisədə gündəlik ölüm halları da 4 dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artması gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcək. Mövcud rəsmi statistikanı təhlil etdikdə görmək olur ki, hazırda yoluxma hallarının 1-1,5%-i ölümlə nəticələnir. Məlumdur ki, ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir.
Mütəxəssislər bildirirlər ki, ötən dövr ərzində Azərbaycan dövləti koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib.
Rəsmi məlumatlara görə, çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40,000 nəfərdən çox xəstənin müalicəsi mümkündür. Bununla belə, vətəndaşlarımız başa düşməlidir ki, bu imkanlarında bir həddi var və bu həddi aşmağa çox az vaxt qalıb.
Dünyada koronavirusa qarşı vaksinin hazırlanması prosesi davam edir. Bu barədə ötən saylarımızda geniş məlumat verdiyimiz üçün detallara varmırıq. Bildirək ki, hələ də bu vaksinlərlə bağlı yekdil rəy yoxdur və dünyada kütləvi şəkildə vaksinasiya prosesi başlamayıb. Lakin müxtəlif üsullarla müalicə davam etdirilir ki, bunun da nəticəsində indiyə qədər dünyada 43 milyon 615 min 17 nəfər koronavirusdan sağala bilib.

“Yeni Müsavat”a danışan professor Adil Qeybulla hesab edir ki, dünyada artıq koronavirusun ikinci dalğası yaşanır və bu, kütləvi immunitetin formalaşması ilə nəticələnə bilər:
“Həm dünyada koronavirusun ən çox yayıldığı ABŞ-da, həm də digər ölkələrdə koronavirusun yayılması genişlənib və bunu ikinci dalğa hesab etmək olar. Azərbaycanda da yoluxanların sayı sürətlə artır. Əgər bu cür davam edərsə, ölkəmizdə və dünyada kütləvi immunitet formalaşacaq və bununla da virus getdikcə yoxa çıxacaq. Lakin vaksinlə bağlı konkret fikir söyləmək çətindir. Çünki virus mutasiyaya uğrayaraq dəyişir”.
A.Qeybulla hesab edir ki, Azərbaycanda karantini sərtləşdirmək doğru olmaz:
“Bu, insanlarda əlavə gərginlik yaradır. Onlar həm psixoloji, həm də maddi baxımdan çətinlik yaşayırlar. Yoluxma isə davam edir. Ona görə də düşünürəm ki, karantini daha da sərtləşdirməyə gərək yoxdur”.
Koronavirus bəlası nə zaman bitəcək? Fəlakətin sonunun 4 SSENARİSİ -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI
Professor bildirdi ki, o, koronavirusa təkrar yoluxana rast gəlib:
“Təkrar yoluxan şəxs koronavirusu daha da ağır keçirir. Əgər bir şəxs təkrar yoluxubsa, deməli, yeni ştamla yoluxub. Əvvəlki yoluxmadan immuniteti xeyli zəiflədiyi üçün növbəti dəfə vəziyyəti daha da ağırlaşır və bu, xeyli çətin olur”.
Qeyd edək ki, Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına təkrar yoluxma halları qeydə alınıb.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.
Pandemiyanın başa çatacağı ilk ölkə açıqlandı
Nazir vurğulayıb ki, bununla bağlı məlumatlar dərc olunub.
Məsələ ilə bağlı TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva isə Milli.az-a açıqlamasında bildirib ki, dünyada 60 milyondan çox yoluxma faktı var. Bunların arasından bir neçə nəfərin təkrar yoluxma faktının qeyd olunması təhlükəli bir hal deyil:
“Biz hazırda əminliklə deyə bilərik ki, ikinci yoluxma halı hələ ki mümkün deyil. 60 milyonun qarşısında ən azı əhəmiyyətli bir rəqəm olmalıdır ki, biz də bildirək ki, təkrar yoluxma halı mümkündür. Bu gün üçün bu, hələ ki öz təsdiqini tapmayıb”.
Əli RAİS,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar