Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Çin virusa belə qalib gəlir - 10 nəfərə görə 11 milyonluq şəhəri test etdilər

4-12-2020, 20:21   




İndi Çində gündəlik yoluxmaların sayı ölkə üzrə 10-15 nəfər təşkil edir, səbəb budur ki...

Ötən ilin dekabrından bütün dünyanın qorxulu röyasına çevrilən koronavirusun (COVİD-19) “vətəni” sayılan Çində indi sanki bu bəla heç olmayıbmış. Dünyanın ən inkişaf etmiş ölkələri hazırda virusun növbəti dalğası ilə mübarizə apararkən, hər gün yüzlərlə itki verməkdədirlər. 1,51 milyon can alan virusun yayılma statistikasında ABŞ, Hindistan, Braziliya, Rusiya və Fransa ilk beşlikdə yer alır. Dünyada artıq 65,4 milyon adam virusa yoluxub. Çin hakimiyyəti isə hələ bu ilin martından ölkədə koronavirus epidemiyasının sona çatdığını elan edib.
Bəs, necə oldu ki, dünyanı bu bəlaya salan Çin koronavirusla mübarizədə qalib oldu, bunun səbəbi nədir?  
Rusiyanın Seçenov Universitetinin professoru Artyom Gil öncə Çin səlahiyyətlilərinin koronavirusla bağlı məlumatları qismən saxtalaşdırdığını haqda iddiaları yada salıb. Professor əlavə edib ki, əgər virusla bağlı kütləvi saxtalaşdırılma olsaydı, o zaman indi Çin şəhərlərində küçələr adamların meyiti ilə dolu olardı. “Ancaq bu, belə deyil. İndi Çində gündəlik yoluxmaların sayı ölkə üzrə 10-15 nəfər təşkil edir. Bunun əsas səbəbi budur ki, Çin ilk vaxtdan geniş miqyaslı test sistemi qurmağı bacardı. Ayyarım əvvəl-oktyabrda Tsindaoda 13 nəfər koronavirus xəstəliyinə tutulmuşdu. Çin standartlarına görə bu fövqəladə haldır. Üstəlik, Tsindao ölkənin şərq sahilində yerləşən liman şəhəridir. Əvvəlcə, xəstəliyə səbəb olan ağciyər xəstəxananın baş həkimi və xəstəxananın yerləşdiyi bələdiyyənin sağlamlıq komissiyasının rəhbəri vəzifəsindən kənarlaşdırıldı. Tsindaoda bir neçə gündə 11 milyon insan koronavirus testindən keçirildi. Əhalinin maksimum əhatə dairəsi və aktiv əlaqələrinin izlənməsi səbəbindən epidemiya təhlükəsi dayandırıldı”.   

Professor deyib ki, Çində bəzi hallarda hətta içəridə testdən keçməyən bir nəfər olduğu üçün təyyarəni havaya qalxandan sonra geri qaytarıblar.
“İndi Çində, demək olar ki, bütün koronavirus xəstələri xaricdən gələnlərdə aşkar edilir. Çin hökuməti əhalisinin nizam-intizamı sayəsində pandemiya ilə təsirli mübarizə aparmağı bacardı”, - deyə, o bildirib. 
Professor deyib ki, Çin avtoritar dövlət olsa da, koronavirusla demokratik ölkələrdən daha təsirli mübarizə aparır. “İndi bütün ölkələr Çin təcrübəsini yaxından öyrənir və tədqiqatçılar eyni fikirdədirlər: Pekinin virusla mübarizədə uğur qazanmasının səbəbi hakimiyyətin sərt tədbirlər görməsidir. Əgər pandemiya indi qorxulu səviyyədə olsaydı, Çinin əksər şəhər və vilayətlərdə sərt karantin tədbirlərinin tətbiq edildiyini görərdik. Ancaq bu gün buna bənzər bir şey yoxdur. 
Ölkəyə gələn bütün vətəndaşlar məcburi karantin tətbiq edilir və müayinədən keçirilir. Bununla yanaşı, ölkəyə daxil olarkən test olması məcburidir. Məsələn, ABŞ-da 11 milyon əhalisi olan bir şəhəri və ya əyaləti götürüb testdən keçirmək qeyri-mümkündür. Bu, əhalinin kütləvi narazılığına, iğtişaşlara və etirazlara səbəb olacaqdır. Hazırda ölkədə 11 peyvənd hazırlanır, onlardan 5-i klinik sınaq mərhələsindədir. İyul ayında Pekin təcili istifadə üçün bir peyvənd sınaqdan keçirilib və  4 aydır ki, risk qruplarına bu peyvənddən vurulur. Bundan sonra kütləvi vaksinasiya da başlayacaq. Şübhə yoxdur ki, bu da virusla mübarizədə kollektiv immunitet yaradacaq” deyə, Gil bildirib. 
Orxan ƏLİYEV,
Musavat.com   
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar